Zelenski gələn həftə ABŞ a səfər edəcək
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə ABŞ-a səfər edəcək.
APA "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgiy Tixiy məlumat verib.
Tixiy brifinqdə bildirib ki, Ukrayna Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində bir sıra tədbirlərə hazırlaşır və bu tədbirlərdə Ukrayna lideri də iştirak edəcək.
Sözçü xatırladıb ki, bu il Ukrayna BMT Baş Assambleyasının yüksək səviyyəli seqmenti çərçivəsində 5-ci Beynəlxalq Krım Platforması Sammitinin keçirilməsinə hazırlaşır.
Bundan əlavə, BMT Təhlükəsizlik Şurasının "Ukraynada sülh və təhlükəsizliyin qorunması" mövzusunda yüksək səviyyəli iclasının keçirilməsi də nəzərdən keçirilir.
Onun sözlərinə görə, Ukrayna Prezidentinin xarici dövlət və hökumət başçıları ilə çox sıx və gərgin bir görüş qrafiki hazırlanır.
Eyni zamanda, xarici işlər naziri Andrey Sibiqa da ayrıca bir sıra tədbirlərdə iştirak edəcək və danışıqlar aparacaq.
Xatırladaq ki, Rumıniyanın xarici işlər naziri Oana Țoiu BMT Baş Assambleyasının iclasında Rusiya Federasiyasının dronlarla bağlı təxribatları məsələsini qaldırmağı planlaşdırdıqlarını bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 17 Sentyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















