Icma.az
close
up
RU
Zelenski Ankaraya enər enməz bu açıqlamanı verdi: “Rusiya nümayəndə heyəti…”VİDEO

Zelenski Ankaraya enər enməz bu açıqlamanı verdi: “Rusiya nümayəndə heyəti…”VİDEO

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Tribunainfo.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün gözlənildiyi kimi İstanbulda danışıqlar aparılacaq məkana deyil, Türkiyənin paytaxtı Ankaraya enib. Bu seçimin səbəbi Ukrayna liderinin Rusiya tərəfindən danışıqlara göndərilən nümayəndə heyətini “adekvat və ciddi tərəfdaş” hesab etməməsidir.

Zelenski enər-enməz verdiyi bəyanatda bildirib ki, Rusiya nümayəndə heyəti “butaforik səviyyədədir” və heyətə rəhbərlik edən Vladimir Medinski Ukrayna üçün danışıqlar masasında oturmaq baxımından yetərli fiqur deyil.

Prezident qeyd edib ki, Rusiya ilə mümkün danışıqlarda Ukraynanın iştirak edib-etməyəcəyi barədə yekun qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirəcəyi görüşdən sonra veriləcək. “Biz düşünəcəyik ki, nə edək, hansı addımları ataq – Ərdoğanla görüşdən sonra. Biz anlamalıyıq ki, Rusiya nümayəndə heyətinin hansı mandatı var, onlar nəyisə qərar verməyə qadirdirlərmi? Hamıya məlumdur ki, Rusiyada qərarları kim qəbul edir”, – deyə Zelenski əlavə edib.

Ukrayna lideri bu açıqlaması ilə bir daha Moskvanın göndərdiyi nümayəndə heyətini açıq şəkildə nüfuzsuzlaşdırıb və Putin administrasiyasına yönəlik sərt tənqid səsləndirib. Zelenskinin sözlərinə görə, Türkiyədə Ukraynanı yüksək səviyyəli nazirlər və dövlət rəsmiləri təmsil edir və onlar yalnız ədalətli sülhə gətirə biləcək qərarları qəbul etməyə səlahiyyətlidirlər.

Zelenski eyni zamanda bildirib ki, yaxın günlərdə ABŞ ilə də yüksək səviyyəli görüşlərin keçirilməsi mümkündür.

Qeyd edək ki, İstanbulda Rusiya ilə Ukrayna arasında yeni danışıqlar raundu planlaşdırılsa da, Ukrayna tərəfi nümayəndə heyətinin səviyyəsini yetərli saymadığı üçün rəsmi görüşlərin baş tutması hələlik sual altındadır.

Musavat.com

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 15 May 2025 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri