Zelenski: Donbas sağ qalmaq uğrunda müharibədir
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Donbasda saxlanılan mövqelər bir çox məsələdə Ukraynanın forpostudur.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə ABŞ Prezidentinin xüsusi nümayəndələri Cared Kuşner və Stiv Uitkoff ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Donbasda yaşayan və ya məcburən oradan köçmüş vətəndaşlarımıza bütün hörmətimizlə yanaşaraq qeyd edirəm ki, Donbas məsələsi yalnız Donbasın məsələsi deyil. Məncə, bu, müharibə məsələsidir həm sağ qalmaq, həm də qarşı tərəfi tükətmək uğrunda aparılan müharibə. Bu, həmçinin Rusiya tərəfinin qarşısına qoyduğu məqsəd olan ərazi məsələsidir. Və yeri gəlmişkən, aydındır ki, Donbas bir çox məsələlərdə Ukraynanın forpostudur. Ukrayna döyüş meydanında, xüsusilə də şərq istiqamətində mövqelərini möhkəmləndirib. Orada düşmən fəaldır. Orada onun canlı qüvvəsinin sayı artırılıb.
Fikrimcə, məhz orada Rusiyada seçkilərdən sonra yalnız bu istiqamət üçün səfərbərlik elan ediləcək", - deyə Zelenski bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 07 Sentyabr 2026 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















