Zelenski hücumun ŞOK DETALLARINI açıqladı: “Hazırlıq mərkəzi Rusiyada yerləşib” KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya strateji aviasiyasına qarşı həyata keçirilən hücum əməliyyatının detallarını açıqlayıb.
KONKRETA.az xəbər verir ki, prezidentin sözlərinə görə, hücumun planlaşdırma və idarəetmə mərkəzi birbaşa Rusiya ərazisində, hətta FSB-nin regional idarəsinin yaxınlığında yerləşib:
“Əməliyyatın ofisi Rusiya ərazisində, FSB idarəsinin yaxınlığında yerləşirdi. 117 pilotsuz uçuş aparatı bu əməliyyata cəlb olunub”, – deyə Zelenski bildirib.
Dövlət başçısı qeyd edib ki, hücum nəticəsində Rusiya strateji aviasiyasının bazalarına zərbələr endirilib və kruiz raketlərinin 34%-ni daşıyan təyyarələr sıradan çıxarılıb.
Əməliyyat Rusiya Federasiyasının bir neçə bölgəsində, üç fərqli saat qurşağında həyata keçirilib. Zelenski onu da vurğulayıb ki, əməliyyatdan əvvəl ukraynalı iştirakçılar Rusiya ərazisindən çıxarılıb və hazırda təhlükəsiz yerdədirlər.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 01 İyun 2025 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















