Icma.az
close
up
RU
Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub ŞOK FAKTLAR

Ermənistan müharibəyə hazırlıq mərkəzi qurub ŞOK FAKTLAR

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Xüsusi təlim mərkəzi Kotayk rayonunun Abovyan şəhəri yaxınlığında yerləşir; Paşinyanın sülh bəyanatlarının arxasından revaniştlərin istəkləri çıxır; komitə sədri: “Əgər ermənilər başa düşməsə...”

Ermənistanın gizli müharibə hazırlığı haqda  Minval.az sensasion yazı hazırlayıb. Bildirilir ki, 2020-dəki məğlubiyyətdən sonra idman klubu kimi kamuflyaj edilmiş xüsusi taktiki, snayper və təxribat hazırlığı mərkəzi yaradılıb. Bu xüsusi təlim mərkəzi Kotayk rayonunun Abovyan şəhəri yaxınlığında yerləşir. Taktik baza (ARM Tactical) Ermənistanın paytaxtından cəmi 11-12 km, yaxud maşınla 15 dəqiqəlik məsafədə, tərk edilmiş karxananı xatırladan ərazidə yerləşir.

Məlumatlı mənbələrimizin qeyd etdiyi kimi, ARM Tactical əvvəlcə kiçik bir atış poliqonundan ibarət olub. İndi isə  ən müxtəlif təlim prosesləri, müasir taktiki atış texnikası, kiçik zərbə qrupları taktikası və s. öyrədilir. Bu hərbiləşdirilmiş strukturun Ermənistan Müdafiə Nazirliyinin balansında olması barədə də internetdə məlumat yayılıb ki, bu hələ təsdiqini tapmayıb və ya rəsmən təkzib edilməyib. Obyektin hərbi maşınları olan nəhəng təlim mərkəzinə çevrilməsi dövlət  tərəfindən maliyyələşdirilməsindən xəbər verir.

Maraqlıdır ki, təlimlərdə könüllülərlə   yanaşı, Ermənistanın dövlət qurumlarının əməkdaşları da aktiv iştirak edirlər. Şübhə yoxdur ki, taktiki mərkəz keçmiş xüsusi təyinatlıların və kəşfiyyatçıların toplaşdığı əsl terrorçu təlim mərkəzidir. Kameraya çəkilən və sosial şəbəkələrdə yerləşdirilən bütün taktiki texnikalar NATO-nun xüsusi təyinatlı qüvvələrinin analoji təlimlərinin məşqidir.

Beləliklə, Ermənistanda təxribat və terror fəaliyyəti üçün geniş kadr hazırlığına başlanıldığı aydın olur. Üstəlik, bu, dövlətin nəzarəti altında, görünür, dövlət büdcəsi hesabına, eyni zamanda “idman klubları”, “yeniyetmələr üçün sağalma məktəbləri” və s. adı altında həyata keçirilir.

Aydındır ki, bu qruplar ilk növbədə Azərbaycan və Türkiyəyə qarşı terror müharibəsi üçün hazırlanır. Həmçinin şərti sərhədlərdə səngərlər qazılır, hərbi texnika yerləşdirilir.

Fakt budur ki, rəsmi İrəvan eskalasiya yolunu seçir - Paşinyanın sülh bəyanatlarının arxasından revanşistlərin istəkləri çıxır. Avropa İttifaqının hərbi-casus şəbəkəsinin ömrünün daha iki il müddətinə uzadılması da Ermənistanın gərginliyi tətikləmək niyyətinin məntiqi davamıdır.

Bütün bunlar nə anlam kəsb edir? Ermənistandakı son addımlar Azərbaycan komando bölüklərinə qarşı hazırlıqlara bənzəyir. Elə isə niyə bunu rəsmi şəkildə etmirlər?

Arzu Nağıyev 

Deputat, Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Ermənilərin sülh adı altında apardığı gizli hərbiləşmə siyasəti artıq bizə məlumdur və bu özünü 2025-ci il dövlət büdcəsində aydın şəkildə büruzə verir: “Təəssüf ki, Ermənistanın bu addımı ilə sülh "canfəşanlığı" üst-üstə düşmür və bu proses Cənubi Qafqazda sülhə açıq aşkar təhdiddir. Ermənistan öz məkrli siyasətinin beynəlxalq müstəviyə  çıxmaması, eyni zamanda xalqın aqressiyası ilə üzləşməmək üçün öz planlarını müxtəlif adlar altında kamufilə edir. Rəsmi İrəvanın qanunvericilik sistemində etdiyi bir sıra dəyişikliklər Azərbaycana qarşı diversiya-təxribat işlərini dəstəkləyir. Bu da deməyə imkan verir ki, Ermənistan revanşa hazırlanır. Qarşı tərəfin sürətlə silahlanması, sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi regionda gərginliyi artıra bilər. Çünki Ermənistanın bu hərəkəti Azərbaycan, eyni zamanda onun  müttəfiqləri üçün təhlükədir. Qeyd edim ki, Azərbaycan regionda sülhün bərqərar edilməsində maraqlı tərəfdir. Lakin Azərbaycan Ordusu ölkəmizə və onun ərazi bütövlüyünə qarşı olan istənilən təxribata cavab vermək iqtidarındadır".

A.Nağıyev bildirdi ki, qonşu dövlətlər arasında sabitliyin əsas şərti qarşılıqlı olaraq suverliyin tanınmasıdır: “Əgər ermənilər bunu başa düşməsə, "Dəmir yumruq" hər zaman başlarının üstündə olacaq".

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan son vaxtlar konkret olaraq qarşısına məqsəd qoyub və öz ordusunu hazırlamaq üçün müəyyən planlar həyata keçirir: “Bu planların içərisində ayrı-ayrı vaxtlarda güc strukturlarında xidmət etmiş şəxslər, yaxud vaxtilə silahlı qüvvələrdə təmsil olunanları, bu gün ehtiyatda olan şəxsləri - onların aralarında idmançılar da var - bir çətir altına toplayırlar. Təlimatçıların da cəlb olunduğu mərkəzdə onlara hazırlıqlar keçirlər ki, sabah təxribatlar üçün onların fəaliyyətindən istifadə olunsun. Onların arasında xüsusi təyinatlılar da, kəşfiyyatçılar da var. Bu şəxsləri xüsusi proqram üzrə hazırlayırlar. Özü də bunlar bu gün üçün, sabah üçün yox, yaxın gələcək üçün hazırlanır. Ermənistan NATO-nun xüsusi təyinatlılarının proqramı əsasında bu şəxsləri hazırlayır. Üstəlik, biz bilirik ki, Ermənistan təxribat və terror üzrə dünyada ad çıxaran ölkədir. Bu ölkənin təməli təxribat və terror üzərində qurulub. Ona görə də Ermənistanda yeniyetmələr və gənclər üçün mərkəz və klub adında hələ çox hoqqaların şahidi olacağıq”. Ü.Cəfərov düşmən təxribatlarına qarşı nə etməli olduğumuz barədə bunları söylədi: “Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinin keçirilməsi, döyüş hazırlığının yüksəldilməsi ilə bağlı işlər davam etdirilir. Ermənistan Təhlükəsizlik Şurası daha çox Ermənistan ətrafındakı riskləri dəyərləndirir, müəyyən məsələləri müzakirə edirlər, bu da başadüşüləndir. Ermənistanın Azərbaycanın Komando hərbi hissələrinə çatması üçün on il vaxt lazım olacaq. Həmçinin 44 günlük müharibədəki məğlubiyyətdən sonra Ermənistanın öz ordusunu döyüş qabiliyyətinə çatdırmaq üçün 5-10 il vaxt lazımdır. Onlar hələ öz məqsədlərini rəsmən elan etməyəcəklər. Çünki Ermənistanın silah-sursat almaqla bağlı da çətinlikləri var. Bəzən ağlayıb-sızlayırlar ki, maliyyə vəziyyəti yaxşı deyil. Orduda xeyli rüşvətxorluq və korrupsiya faktları mövcuddur. Keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı cinayət işinin açılması, eks-nazir David Tonoyanım həbs edilməsi, o cümlədən Qarabağda təlimatlandırılıb göndərilmiş Calal Arutyunyana qarşı elan olunan ittihamlar bunun sübutudur”. Polkovnik dedi ki, Ermənistanın sülh bəyanatları bizi arxayınlaşdırmamalıdır: “Bu dövlətin adı Ermənistandır. Bu ölkə hər zaman separatçılığı, terroru, dağıdıcılığı əsas götürərək formalaşıb. Ona görə də hesab edirəm ki, Ermənistanın təxribatçı addımları həm Azərbaycanın müvafiq qurumları tərəfindən izlənilir, təhlil olunur. Eyni zamanda  Ermənistan hazırlaşır. Yaxın illər üçün 102-ci hərbi bazanın müəyyən təhdidləri ola bilər, həm Türkiyə, həm Azərbaycan faktoru var. Üstəlik, onlar qəti qərar veriblər ki, Qərb çətiri altında - Amerika, Fransa, Yunanıstanın çətiri altında  öz gələcəklərini qursunlar. Bu istiqamətdə də fəaliyyətləri, KTMT tədbirlərindən imtina qərarları bunu sübut edir”.(musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://moderator.az
archiveBu xəbər 31 Yanvar 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see404

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see199

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see141

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see137

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri