ZELENSKİ İLƏ TRAMPIN GÖRÜŞÜNDƏN NİKBİN MESAJLAR: Razılaşma və zəmanət var Putin bu tələbdən vaz keçməlidir
Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Vladimir Zelenski arasındakı Floridadakı görüş nikbin notlara bitib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, görüşdən sonra açıqlama verən Zelenskinin sözlərinə görə, 20 bəndlik sülh planını hərtərəfli müzakirə olunub.
O qeyd edib ki, sülhə hazırdırlar: "Görüşdə təhlükəsizlik zəmanətləri, Donbasdakı ərazi mübahisəsi və Zaporojye atom elektrik stansiyasının idarə olunması kimi vacib məsələlər müzakirə olundu. Bir sözlə, 20 bəndlik sülh planını detallı müzakirə etdik, sülhə hazırıq. Sülh planının hər bir bəndi üzrə referendum keçirə bilərik. Biz böyük uğurlar qazandıq. ABŞ və Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı 90 faiz razılığa gəliblər. ABŞ, Avropa və Ukrayna üçlü təhlükəsizlik zəmanətlərinə gəldikdə isə, demək olar ki, 100 faiz razılıq var. Komandalarımızın prosesi yekunlaşdırmaq üçün yaxın həftələrdə NATO və Aİ rəsmiləriilə görüşəcək. Tramp bizi, Avropa liderlərini və Ukrayna nümayəndə heyətini, bəlkə də yanvar ayında Vaşinqtonda qəbul edəcək."
Tramp da görüşdən sonra ümidverici bəyanat verib: "Zelenski ilə görüş fantastik idi. Hər şeyi müzakirə etdik. Sülhə əvvəlkindən daha yaxınıq; həm Putin, həm də Zelenski sülh istəyir. Əgər işlər yaxşı gedərsə, Ukrayna ilə bağlı razılaşma həftələr ərzində əldə edilə bilər. Rusiya Ukraynanın Donbassı geri çəkməsini istəyir. Ancaq hesab edirəm, onlar, Putin bu tələbdən vaz keçməlidir. Avropa Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin əksəriyyətini təmin edəcək. Üstəlik, Rusiya Ukraynanın yenidən qurulmasına kömək edəcək. Biz həmçinin nüvə elektrik stansiyasını müzakirə etdik. O, dərhal işə düşməlidir. Bunları Putinlə həll yoluna qoyacağıq."
Samir Musayev
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 29 Dekabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















