Icma.az
close
up
RU
Zelenski Kelloqla görüşüb: Yaxşı söhbət oldu

Zelenski Kelloqla görüşüb: Yaxşı söhbət oldu

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Amerika gücünün hiss olunması bizim üçün və bütün azad dünya üçün vacibdir”

Ukrayna ABŞ ilə “sərmayə və təhlükəsizlik” mövzusunda “güclü, həqiqətən faydalı” razılaşmaya hazırdır. AYNA xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “Telegram”da ABŞ-ın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşündən sonra yazıb.

“Yaxşı söhbət, çoxlu detallar müzakirə edildi. Mən ABŞ-a Ukraynaya və Ukrayna xalqına göstərilən bütün yardıma və ikitərəfli dəstəyə görə minnətdaram. Amerika gücünün hiss olunması bizim üçün və bütün azad dünya üçün vacibdir. Biz döyüş meydanındakı vəziyyəti və bütün əsirlərimizi necə qaytaracağımızı, həmçinin effektiv təhlükəsizlik təminatlarını ətraflı müzakirə etdik”, - deyə Zelenski bildirib.

Prezident əlavə edib ki, Ukrayna genişmiqyaslı müharibənin lap əvvəlindən sülhə can atır. O vurğulayıb ki, Kiyev Vaşinqtonla birlikdə etibarlı və uzunmüddətli sülh yarada bilər və etməlidir ki, Rusiya bir daha müharibəyə qayıtmasın.

“Ukrayna ABŞ Prezidenti ilə sərmayə və təhlükəsizlik üzrə güclü, həqiqətən faydalı razılaşmaya hazırdır. Biz nəticə əldə etməyin ən sürətli və konstruktiv yolunu təklif etmişik. Komandamız 24/7 işləməyə hazırdır. Uğur birləşdirir. Dünyada hər kəsin ABŞ-la münasibətlərdə uğura ehtiyacı var. Kelloq vacib nəticələrə nail olmaq üçün birgə işlədiyiniz üçün sizə təşəkkür edirəm”, - deyə Zelenski əlavə edib.

Bundan əvvəl Kelloq Prezident Aparatının rəhbəri Andrey Yermakla görüşüb. Görüşdən sonra Yermak qeyd edib ki, o, Moskvadan Kelloqa manipulyasiyalar barədə məlumat verib. O, həmçinin bəyan edib ki, Ukrayna ABŞ-la strateji, uzunmüddətli və hərtərəfli tərəfdaşlıqda maraqlıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://ayna.az
archiveBu xəbər 21 Fevral 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see423

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see415

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see291

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see272

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see261

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see254

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see252

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see249

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see246

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see231

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see219

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see215

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see213

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see211

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see206

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see205

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see202

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri