Icma.az
close
up
RU
“Zelenski komandasını qorumağa çalışır, amma Yermak qurbana çevrilə bilər” ŞƏRH

“Zelenski komandasını qorumağa çalışır, amma Yermak qurbana çevrilə bilər” ŞƏRH

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu bildrb ki, Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermakın evində axtarış aparılıb.

“Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğu həqiqətən də mənim evimdə məhkəmə prosesləri aparır”,-deyə Andriy Yermak yerli KİV-ə açıqlamasında deyib.

Siyasi şərhçi Zeynal Əmrəliyev məsələyə belə münasibət bildirib:

“Son zamanlar Zelinskinin ətrafı enerji sektorunda yaranmış rüşvət qalmaqalına görə hədəfə çevrilib. Ukraynada hökumətləri yıxan əsas məsələ məhz enerji sektoru ilə bağlı söhbətlərin yayılmasıdır. İllər əvvəl ölkənin baş naziri Yuliya Timoşenkonun rəhbərlik etdiyi hökumət məhz Rusiyanın Qazprom şirkəti ilə bağlanmış müqavilədəki saxtakarlığa görə hakimiyyətdən devrilmişdi. NABU / SAPO – nın niyə məhz Yermaka qarşı əməliyyat keçirdiyi məlum məsələdir. Bu qurum Ali Radanın təsiri güclüdür.

Son zamanlar prezident Zelinskinin komandası tərəfindən NABU / SOBA – nın səlahiyyətinin azaldılması barədə təşəbbüslə çıxış edirdi. Yermak isə admistirasiya rəhbəri kimi bu prosesə də fəal iştirak edirdi. Eyni zamanda o, hüquq – mühafizə orqanlarını da prosesə cəlb edərək onları NABU / SOBA – ya qarşı qaldırmışdı. Görünür ki, buna görə Yermakdan heyif çıxılır. Ancaq nəzərə alaq ki, administirasiya rəhbəri özü istintaqın hədəfi olmayıb. Aparılan əməliyyatlara səbəb dövlətə məxsus nüvə enerjisi şirkəti – Energoatom şirkəti ətrafında yaranan qalmaqdadır. Belə ki, bu şirkət bəzi tenderlərdən 10 – 15 faiz həcmində otkad almaqda və çirkli pulların yuyulmasında ittiham edilir”.

Siyasi şərhçi qeyd edib ki, Energoatomun fəaliyyətinə Ukrayna Energetika Nazirliyi nəzarət edir:

“Bu skandal ilk başda Energetika Nazirliyini əhatə etsə də sonradan tamamilə fərqli mənzərə ortaya çıxdı. Ölkənin hüquq – mühafizə orqanlarının da bu geniş korupsiya şəbəkəsindən xəbərdar olduğu və buna göz yumduğu barədə məlumat yayıldı. İddialar var ki, Ali Radanın bir çox oliqarx deputatı məhz bu sistemlə çirkli pulların yuyulmasında iştirak edib. Ona görə əməliyyatın siyasi müstəviyə daşınması və yeni həbslərin baş verməsi gözləniləndir. Bu əməliyyat Ukrayana üçün həm xeyr, həm də ziyandır.

İlk növbədə əməliyyat ölkədə korrupsiyaya qarşı mübarizəsinin yüksək səviyyədə olduğunu, şəffav idarəçiliyi, güclü enerji potensialını ortaya qoyur. Bu addımlar Qərb tərəfindən müsbət qiymətləndirilə və Ukraynaya maliyyə yardımlarını artıra bilər. Amma bu həbslərin kütləvi xarakter alması ölkədə siyasi çaxnaşmaya və prezident Zelinskinin onsuz da müharibəyə görə kövrək olan komandasının daha da çalxalanmasına səbəb ola bilər. Bu baxımdan Ukrayna prezidenti əməliyyatın məhz öz nəzarətində aparılmasına çalışır. Ehtimal ki, Zelinski ən yaxın adamı olan Yermakı sona qədər müdafiə etməyə çalışacaq. Ancaq vəziyyət ciddiləşərsə son anda ” Ukraynanın boz kardinalı ” bu oyuna qurban gedə bilər”.

Şəbnəm 

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Noyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see187

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see187

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see160

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see156

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see155

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see150

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see150

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see138

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see137

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see135

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri