Zelenski Peterburqa zərbə endirdiyinə görə döyüşçülərinə TƏŞƏKKÜR ETDİ VİDEO
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin tətbiq etdiyi "uzaqmənzilli sanksiyalar"ın nəticələri barədə məlumat verib:
"Döyüşçülərimizə dəqiqliyə görə təşəkkür edirəm. Ukraynanın uzaqmənzilli sanksiyalar planı sülhün yaxınlaşması üçün tam lazım olduğu şəkildə icra edilir. Eşq olsun Ukraynaya!".
Bizim.Media xatırladır ki, gecə saatlarında Rusiya ərazisindəki mühüm obyektlərə zərbələr endirilib.
Hədəflər arasında Ukrayna sərhədindən təxminən 1100 km məsafədə yerləşən "Peterburq Neft Terminalı", həmçinin Kronştaddakı hərbi baza obyektləri var.
Bundan əlavə, Rusiyanın silah istehsalı prosesində iştirak edən Tambov vilayətindəki müəssisəyə də zərbə endirildiyi bildirilir. Sözügedən obyektin cəbhə xəttindən məsafəsi təxminən 600 km təşkil edir.
Bizim.Media
Baxış sayı:113
Bu xəbər 03 İyun 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















