Zelenski Rusiya ilə daimi danışıqlar qrupu yaradır...
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
...Vladimir Zelenski Rusiya ilə daimi genişləndirilmiş danışıqlar qrupunun yaradılmasına göstəriş verib.
SİA-nın məlumatına görə, bu barədə o, Telegram kanalında bildirib.
Zelenski qeyd edib ki, o, mayın 19-da diplomatik işlərlə bağlı iclas keçirib və bu iclasda Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerovun İstanbulda Rusiya Federasiyası ilə danışıqlara dair hesabatını dinləyib.
...Daimi genişləndirilmiş milli danışıqlar qrupunun yaradılması tapşırıldı.
Bunu deyən Zelenski iştirakçıların tərkibini açıqlamayıb, Kiyevin Moskva ilə birbaşa təmaslara və “əsas məsələlərin həlli üçün liderlər səviyyəsində görüşə” hazır olduğunu qeyd edib.
Xatırladaq ki, İstanbuldakı danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinə RüstemUmerov, xarici işlər nazirinin birinci müavini Serhiy Kislytsya, Ukrayna Təhlükəsizlik Xidməti sədrinin müavini Aleksandr Poklad, Xarici Kəşfiyyat Xidməti sədrinin birinci müavini Oleq Luqovskoy, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Oleksiy Şevçenko və Kəşfiyyat İdarəsinin direktor müavini S.Vabitski daxil idi.
Əli Babayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 19 May 2025 18:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















