Zelenski: Rusiya ilə danışıqlar yenidən başlayacaq
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin başa çatdırılması üçün danışıqların yenidən bərpa olunacağına ümid etdiyini bildirib.
Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, Kiyev qarşı tərəfə danışıqlar formatını seçmək imkanı verir.
Zelenski bu fikirləri Kiyevdə Honduras Prezidenti Nəsri Asfura ilə keçirdiyi görüşdən sonra jurnalistlərə açıqlamasında səsləndirib.
Ukrayna lideri Fransada keçirilən G7 sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşdüyünü xatırladaraq, Vaşinqtondan hava hücumundan müdafiə sistemləri üçün raket istehsalına dair lisenziya istədiklərini və müsbət cavab gözlədiklərini deyib.
Zelenski Rusiyanın hazırda müharibəni siyasi dialoq yolu ilə başa çatdırmaq niyyətində olmadığını vurğulayıb. O, Vladimir Putinin münaqişənin həlli üçün real addımlar atdığına dair hər hansı əlamət görmədiyini qeyd edib.
Ukrayna Prezidenti həmçinin beynəlxalq tərəfdaşları Rusiyaya təzyiqləri artırmağa çağıraraq, müharibənin mümkün qədər tez başa çatmasının vacibliyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 20 İyun 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















