Icma.az
close
up
RU
Zelenski: Rusiya növbəti dəfə Ukraynanın enerji infrastruktur obyektlərinə hücuma başlayıb

Zelenski: Rusiya növbəti dəfə Ukraynanın enerji infrastruktur obyektlərinə hücuma başlayıb

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Kiyev, 8 sentyabr, AZƏRTAC

Rusiya növbəti dəfə Ukraynanın enerji infrastruktur obyektlərinə hücuma başlayıb. Ukrayna bu cür zərbələrə cavab verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində məlumat verib.

Zelenskinin sözlərinə görə, o, Ali Baş Komandanlığın qərargah iclasını keçirib və bu qərargahda ilk növbədə texnoloji məsələlər müzakirə olunub. Bu, hava hücumundan müdafiə sistemlərinin və onlar üçün raketlərin mövcudluğuna, istehsal qrafikinə və çatdırılma cədvəlinə aiddir.

İclasda qaldırılan digər bir məsələ də kritik infrastrukturun, ilk növbədə enerjinin mühafizəsi olub.

"Ruslar indi yenidən energetika sektorumuza zərbələr endirirlər. Əlbəttə, biz cavab veririk və verəcəyik, amma əsas məsələ sistemin sabitliyidir", - deyə Zelenski qeyd edib.

Prezident əlavə edib ki, iclasda Ukraynanın pilotsuz təyyarələrinin istehsalı ilə bağlı hesabatları da dinləyib.

Cəbhədəki vəziyyət və ukraynalı hərbçilərin təminatı ilə bağlı da müzakirələr aparılıb. Ən çox diqqət Donetsk, Xarkov və Zaporojya vilayətlərinə yönəldilib. Rusiyanın Xersona davamlı zərbələri və Sumı vilayətinin sərhəd bölgəsindəki sərt fəal hərəkətləri müzakirə edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Sentyabr 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see251

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see211

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see194

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see173

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see137

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see135

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see135

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see134

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see131

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see127

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see126

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see125

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see124

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see124

Türkan evliliklə bağlı sualları CAVABLANDIRDI VİDEO

23 Oktyabr 2025 00:30see123

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see121

ABŞ Senatı hökumət fəaliyyətinin bərpası ilə bağlı qanun layihəsini 12 ci dəfə qəbul edə bilməyib

23 Oktyabr 2025 04:23see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri