Zelenski: Çin peyklərinin çəkilişləri Ukraynanın enerji obyektlərinə zərbələrlə üst üstə düşüb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çin peyklərinin Ukrayna ərazisi üzərində apardığı çəkilişlərin Rusiya tərəfindən Ukraynanın enerji infrastrukturu obyektlərinə endirilən zərbələrlə üst-üstə düşməsi halları qeydə alınıb.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.
“Təəssüf ki, Çin peyklərinin Ukrayna ərazisini çəkilişləri ilə Rusiyanın müvafiq enerji obyektlərinə endirdiyi zərbələr arasında uyğunluqlar müşahidə olunub”, – Zelenski vurğulayıb.
Onun sözlərinə görə, bu məlumatı ona Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Oleq İvaşenko təqdim edib. Bildirilib ki, Rusiyanın Çinin kosmik kəşfiyyat məlumatları təqdim edə bilən subyektləri ilə əlaqələri son dövrlər artıb.
Zelenski qeyd edib ki, Ukrayna bu cür halları Rusiyaya müharibəni uzatmağa imkan verən və diplomatik proseslərə xələl gətirən fəaliyyət kimi qiymətləndirir. O əlavə edib ki, bu məsələ ilə bağlı beynəlxalq tərəfdaşlarla müzakirələr aparılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 24 Dekabr 2025 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















