Zelenski Rusiyanın İstanbul danışıqlarındakı nümayəndə heyətinin tərkibinə münasibət bildirib
Icma.az bildirir, Operativ MM portalına istinadən.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı İstanbul danışıqlarında təmsil edəcək prezident köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyətini "saxta" adlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu açıqlamanı o, Ankaraya səfərindən dərhal sonra verib.
Ukrayna lideri ölkəsinin nümayəndə heyətinin tərkibini də açıqlayıb:
“Bizim nümayəndə heyətimiz ən yüksək səviyyədə təmsil olunur. Söhbət Xarici İşlər Nazirliyi və Prezident Ofisinin nümayəndələri, hərbçilər, kəşfiyyat xidmətlərinin əməkdaşlarından gedir. Yeri gəlmişkən, səfərin məqsədi ədalətli sülhə xidmət edəcək qərarların qəbul edilməsidir”.
O eyni zamanda ölkəsinin müzakirələrdə iştirakı ilə bağlı qərarı türkiyəli həmkarı ilə görüşdən sonra verəcəyini deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 15 May 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















