Zelenski Rusiyanın gecə hücumlarına münasibət bildirdi
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Rusiyanın gecə saatlarında həyata keçirdiyi hücumlar diplomatiyanın başlaya biləcəyi vaxtda qəsdən törədilmiş cinayət və müharibənin uzadılmasıdır".
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.
"800-dən çox dron və 13 raket, onlardan dördü ballistikdir. Bir neçə dron Ukrayna ilə Belarus sərhədini keçib. Kiyevdə adi yaşayış binaları zədələnib, iki nəfər (o cümlədən bir uşaq) həlak olub, onlarla yaralı var. Nazirlər Kabinetinin binasında yanğın baş verib. Zaporoje, Krivoy Roq, Odessada da dağıntılar qeydə alınıb", - o bildirib.
Zelenski vurğulayıb ki, bu kimi qətllər, artıq diplomatiyanın başlanmalı olduğu vaxtda törədildiyinə görə, qəsdən cinayətdir və müharibəni uzadır:
"Vaşinqtonda dəfələrlə bildirilib ki, danışıqdan imtina edənlərə qarşı sanksiyalar tətbiq olunacaq. Parisdə razılaşdırılan bütün məsələlər həyata keçirilməlidir. Hava hücumundan müdafiə sistemimizin gücləndirilməsi üzrə razılaşmalar da icra edilməlidir. Hər bir əlavə sistem vətəndaşları bu xain hücumlardan qoruyur.”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 07 Sentyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















