Zelenski Rusiyanın İstanbul danışıqlarındakı nümayəndə heyətinin tərkibinə münasibət bildirib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanı İstanbul danışıqlarında təmsil edəcək prezident köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyətini saxta adlandırıb.
APA xəbər verir ki, bu açıqlamanı o, Ankaraya səfərindən dərhal sonra verib.
Ukrayna lideri ölkəsinin nümayəndə heyətinin tərkibini də açıqlayıb:
“Bizim nümayəndə heyətimiz ən yüksək səviyyədə təmsil olunur. Söhbət Xarici İşlər Nazirliyi və Prezident Ofisinin nümayəndələri, hərbçilər, kəşfiyyat xidmətlərinin əməkdaşlarından gedir. Yeri gəlmişkən, səfərin məqsədi ədalətli sülhə xidmət edəcək qərarların qəbul edilməsidir”.
O eyni zamanda ölkəsinin müzakirələrdə iştirakı ilə bağlı qərarı türkiyəli həmkarı ilə görüşdən sonra verəcəyini deyib.


