Zelenski Trampdan xahişini açıqladı
Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa müraciət edərək Ukraynaya "Patriot" zenit-raket kompleksləri üçün PAC-3 raketlərinin istehsalına lisenziyaların verilməsini xahiş etdiyini bildirib.
"Ölkə.az" xəbər verir ki, Zelenski bunu İsveç Baş naziri Ulf Kristersson ilə birgə mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, ABŞ ilə bu məsələ üzrə danışıqlar hələ Co Bayden dövründə başlayıb və Donald Trampın administrasiyası zamanı da davam edir.
"Mən çox istərdim ki, Ukrayna PAC-3 istehsalı üçün lisenziyalar alsın", - Zelenski qeyd edib.
Zelenski həmçinin prosesi sürətləndirmək xahişi ilə ABŞ prezidentinə və Konqresə məktub yazdığını bildirərək, əlavə raket tədarükünün və antiballistik sistemlərin istehsalının genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 28 May 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















