Icma.az
close
up
RU
Zelenski Trampla növbəti görüşə kostyumla GEDƏCƏK?

Zelenski Trampla növbəti görüşə kostyumla GEDƏCƏK?

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşdü. Lakin emosional və gərgin keçən görüş yarımçıq qaldı.
Ötən iki həftə dünyanın siyasi gündəmini məşğul edən bu görüş barədə müxtəlif fikirlər səslənir. Bir çoxları Zelenskiyə haqq qazandırır, onun Trampa boyun əymədiyini söyləyir. Amma görüşün niyə gərgin keçdiyindən çox az danışılır. Çoxları ancaq görünən mənzərə barədə fikirlər səsləndirir.
Tramp-Zelenski görüşü niyə gərgin keçdi?
Amerikalı və beynəlxalq müşahidəçilər qətiyyətlə bildirirlər ki, görüşün gərgin notlar üzərində köklənməsinin ilkin səbəbi Zelenskinin Amerika Prezidenti ilə görüşə qeyri-rəsmi geyimdə gəlməsi olub. Çünki beynəlxalq praktikaya və diplomatik qaydalara görə rəsmi görüşlərə hər kəs rəsmi formada- kostyumda qatılmalıdır. Zelenski protokol və etiket qaydalarını pozaraq görüşə gündəlik geyimə gəldi. Bu da Ağ Evdəki hər kəsi qəzəbləndirdi.
Təsadüfi deyil ki, rəsmi tədbir zamanı amerikalı jurnalist Qlen Brayan Zelenskiyə Oval ofisə kostyumsuz gəldiyinə görə irad tutaraq, ondan kostyumunun olub-olmadığını soruşub. Sualı yersiz hesab edən  Zelenski jurnalistə ikrahla cavab verib:

“Müharibə bizim üçün bitəndə geyinəcəm. Bəlkə də sizin kimi, bəlkə daha yaxşı, bəlkə daha ucuz. Görəcəyik”.
Təbii ki, Zelenskinin bu hərəkətləri ona çox baha başa gəldi. Birincisi, o Vaşinqtondan əliboş qayıtdı. İkincisi, özünü ifşa etdi. Məlum görüşdən bir neçə gün sonra  “Financial Times” nəşri başda olmaqla rəsmi Vaşinqtona bağlı bir çox mətbuat orqanları yazdı ki, Zelenskinin geydiyi heç də səhra geyimi deyil, brend mallardır. O da məlum oldu ki, Zelenskinin geyimlərini əslən azərbaycanlı olan dizayner-modelyer Elvira Həsənova hazırlayır və bu “səhra geyimləri” kifayət qədər bahadır.
O da məlum oldu ki,  Ukraynada azərbaycanlı ailənin yaratdığı “Damirli” geyim şirkətinin məhsullarından təkcə bu ölkənin yox, Avropa və ABŞ-nin məşhur şəxsləri də yararlanırlar. Brendin yaradıcısı Elvira Həsənovanın geyimlərinin müştəriləri arasında Zelenskidən başqa, Böyük Britaniyanın sabiq baş naziri Boris Conson və kral ailəsinin üzvləri də var. Dünya ulduzları Kortni Kardaşyan və Cici Hadid, eləcə də yerli məşhurlar bu markanın daimi müştəriləridir.
Beləcə, Amerikanın xüsusi xidmət orqanları çox qısa zamanda Zelenskini ifşa etdi ki, onun geyindiyi paltarlar heç də ukraynalı döyüşçülərin gündəlik geyindikləri səhra paltarı deyilmiş, brend mallardır.
Bununla da Zelenskinin daha bir qəhrəmanlığı suya düşdü. Və yəqin ki, növbəti dəfə Zelenski Trampla görüşə ənənəvi kostyumda gedəcək. Çünki, başqa yolu yoxdu.
Bükə bilmədiyin əli öpməyə məcbursan
Zelenski Oval ofisdə özünü təkcə Ukraynanın yox, sivilizasiyanın xilaskarı kimi təqdim etmək istədi. Zelenski Trampa və bütün dünyaya sübut etməyə çalışdı ki, o Rusiya ilə həm də ABŞ üçün vuruşur. Buna görə də təkcə Tramp yox, bütün Amerika xalqı Zelenskiyə minnətdar olmalıdır. Bu minnətdarlığın təcəssümü olaraq Ağ Evdə o yüksək səviyyədə qəbul edilməli, onun hər sözü alqışlarla müşayiət olunmalıdır.
Zelenski bəzi məqamları diqqətdən qaçırdı. Ən başlıcası gizli sövdələşməni siyasi təzyiq vasitəsinə çevirməklə o böyük yanlışlığa yol verdi. Hər kəs bilir ki, Ukrayna-Rusiya müharibəsinin memarı ABŞ və Avropa İttifaqıdır. Qərb Ukraynanı həm NATO, həm Aİ-yə üzvlük vədi ilə 20 ildir ki, Rusiyaya qarşı müharibəyə təşviq edirdi.
Üstəlik, hər kəs də bilir ki, NATO bu gün əsasən Rusiyaya qarşı dayanan hərbi blokdur. SSRİ-yə qarşı zamanında yaradılan bu hərbi bloka qarşı zamanında Varşava müqaviləsi ölkələri ittifaqı vardı. Lakin 1991-ci ildə SSRİ-nin süqutu ilə  Varşava müqaviləsi ölkələri ittifaqı dağıldı. Əvəzində NATO daha da genişləndi. Bu genişlənmə isə Rusiyaya qarşı soyuq münasibəti olan keçmiş sovet dövlətlərinin NATO-ya qəbulu hesabına oldu.
Yəni bu gün NATO-nun və Aİ-nin əsas hədəfi Rusiyadır. Təbii ki, bu təhdidləri görən rəsmi Moskva da NATO qoşunlarının sərhədlərinə yaxınlaşmasına qarşı çıxış edir. Lakin Zelenski və onun sələfləri Rusiyanın təhdidlərinə fikir verməyərək Qərbin vədlərinin ardınca getdi. Nəticə isə göz qabağındadır. İtirən ancaq Ukrayna dövləti və Ukrayna xalqıdır.
Bütün bunlardan sonra Zelenskinin Oval ofisdə Trampa meydan oxuması məntiqsiz və ağılsızlıq idi. Üstəlik, zəifləmiş Rusiya ilə təkbaşına bacarmayan Zelenskinin qüdrətli Amerikaya “xox” gəlməsi sadəcə gülünc göründü.
Zelenskini nə gözləyir?
Bu gün Ukrayna ABŞ və Avropa ölkələrinin dəstəyi və göstərişi ilə Rusiyaya qarşı müharibə aparsa da onun heç bir uğurlu perspektivi yoxdur. Bu gedişlə Zelenski hakimiyyətdə qalmaq üçün kostyum geyinib təkcə Trampın yox, həm də Putinin ayağına gedəcək. Artıq bunun ilk işartıları sezilir. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa məktub göndərərək ondan üzr istəyib. Bunu Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff "Fox News"un efirində bildirib:
“Zelenski prezidentə məktub göndərib. Oval ofisdə baş verənlərə görə üzr istəyib”.
Bununla paralel ABŞ Prezidenti yenidən Ukraynaya ayrılan hərbi yardımla bağlı sərt fikirlər səsləndirib. "Fox News"a müsahibəsində Tramp ABŞ-ın Ukraynaya 350 milyard dollar yardım etdiyini və bunun Zelenskinin uşağın əlindən konfetini almasına bənzədiyini bildirib:
“Zelenski ABŞ-ın dəstəyinə layiqincə təşəkkür etmir və əksinə, Vaşinqtondan daha çox pul qoparmağa çalışır”.
Görünən qədərilə, bütün bunlardan sonra Zelenski Trampla növbəti görüşə təkcə kostyumla getməyəcək, həm də Ukraynanın sərvətlərini ABŞ-ın sərəncamına verəcək...


Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Mart 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri