Zelenski: Ukrayna üçün hava hücumundan müdafiə ilə bağlı qəbul edilmiş qərarlar hələ də tam yerinə yetirilməyib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Kiyev, 12 yanvar, AZƏRTAC
Rusiya son bir həftə ərzində Ukraynada yüzlərlə hava hücumu həyata keçirib. Ukrayna tərəfdaşlarını hava hücumundan müdafiə ilə bağlı qəbul edilmiş sazişləri yerinə yetirməyə çağırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Telegram səhifəsində məlumat verib.
Prezident bildirib ki, Rusiya bir həftə ərzində Ukraynaya 700-ə yaxın hava bombası atıb və 600-dən çox pilotsuz uçuş aparatı ilə hücum edib. Zelenski Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd edib.
“Ona görə də tərəfdaşların artıq aramızda mövcud olan razılaşmaları həyata keçirməsi vacibdir. NATO-nun Vaşinqtonda keçirilən sammitinin qərarı, eləcə də “Ramştayn” görüşlərində Ukrayna üçün hava hücumundan müdafiə ilə bağlı qəbul edilmiş qərarlar hələ də tam yerinə yetirilməyib”,- dövlət başçısı vurğulayıb.
Zelenskinin sözlərinə görə, Ukrayna ABŞ da daxil olmaqla tərəfdaşları ilə Ukraynaya hava hücumundan müdafiə sistemlərinin və onların raketlərin istehsalı üçün lisenziyaların verilməsinin mümkünlüyü barədə danışıb. Bunun mümkün olduğunu düşünür.
“Bunun üçün qeyri-mümkün heç nə yoxdur və bu, yalnız təhlükəsizliyi təmin etmək üçün ümumi qabiliyyətimizi gücləndirəcək. Məhz bu cür təzyiqlər davamlı sülhü mümkün edir. Müharibəni dayandırmaq üçün Rusiyanı yalnız sülhə məcbur etmək lazımdır. Bu məcburiyyətin də bir hissəsi hava hücumundan müdafiənin kifayət qədər kəmiyyət və keyfiyyəti olması ilə bağlıdır”,- deyə Prezident əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 12 Yanvar 2025 17:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















