Zelenski Ukraynanın döyüşlərdəki itkilərini açıqladı
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski bugünədək müharibədə 43 min Ukrayna hərbçisinin həlak olduğunu açıqlayıb.
Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı "Telegram"da yazıb.
O, həmçinin 370 min yaralıya yardım göstərildiyini qeyd edib.
Zelenskinin sözlərinə görə, yaralıların 50%-i xidmətə qayıdır.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Prezident vurğulayıb ki, 2024-cü ilin sentyabrından Rusiya "döyüş meydanında bizə qarşı 5 və hətta 6-ya 1 nisbətində itkilər verir".
Onun sözlərinə görə, hazırda Rusiyanın itkiləri 750 min nəfəri keçib: 198 min ölü və 550 mindən çox yaralı.

