Icma.az
close
up
RU
Zelenski Ukraynaya gecə hücumuna adekvat cavab veriləcəyini bildirib

Zelenski Ukraynaya gecə hücumuna adekvat cavab veriləcəyini bildirib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kiyev, 12 may, AZƏRTAC

Rusiya bir neçə gün davam edən qismi atəşkəsi dayandırmağı seçdi və gecə Ukraynaya 200-dən çox hücum dronu göndərdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” hesabında yazıb.

O vurğulayıb: “Rusiya özü bir neçə gün davam edən qismi atəşkəsi dayandırmağı seçdi. Gecə ərzində Ukraynaya 200-dən çox hücum dronu buraxıldı. Cəbhə xəttinə yenidən 80-dən çox hava bombası atıldı, 30-dan çox hava hücumu qeydə alındı. Dnepr, Jitomir, Xarkov və Nikolayev vilayətlərində hücum dronları vuruldu”.

Ukrayna liderinin sözlərinə görə, enerji obyektlərinə, çoxmənzilli binalara və uşaq bağçasına ziyan dəyib, dəmir yolunda mülki lokomotivə də zərbə endirilib. “Bu zərbələr nəticəsində yaralananların olduğu məlumdur. Təəssüf ki, ölənlər də var. Onların ailələrinə və dostlarına başsağlığı verirəm”, - deyə Zelenski qeyd edib.

Prezident xatırladıb ki, Ukrayna tərəfi Rusiyanın bütün hərəkətlərinə adekvat qarşılıqlı tədbirlər barədə xəbərdarlıq edib.

Xarici işlər naziri Andrey Sibiqa “X” sosial media platformasında bildirdiyi kimi, Vladimir Putinin sülhə razılaşmaqdan təkrarən imtina etməsi Moskvaya təzyiqin artmasına və Kiyevin tərəfdaşlarının Ukrayna şəhərlərinə qarşı Rusiya terrorizminə son qoymaq üçün qətiyyətli hərəkətlərinə səbəb olmalıdır.

Ukrayna diplomatiyasının rəhbəri qeyd edib ki, Kiyev Moskvaya qismi atəşkəsin 11 maydan sonraya qədər uzadılmasını təklif edib. Həmin gecə Rusiya Ukraynaya qarşı mülki infrastrukturu hədəf alan 200-dən çox pilotsuz uçuş aparatı buraxıb. Bu, ən azı altı insanın yaralanmasına və bir nəfərin ölümünə səbəb olub.

Sibiqa bildirib: “Putinin sülh təklifini təkrarən rədd etməsi onun üçün müvafiq nəticələrə səbəb olmalıdır. Ukraynanın təsirli, uzunmüddətli sanksiyaları və tərəfdaşlarımızın qətiyyətli addımları ilə daha güclü təzyiqə ehtiyac var”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri