Icma.az
close
up
RU
Zelenski Vaşinqtondadır Trampla müzakirə edəcəyi əsas mövzular açıqlanıb

Zelenski Vaşinqtondadır Trampla müzakirə edəcəyi əsas mövzular açıqlanıb

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtona səfər edib.

O, bu gün Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə danışıqlar aparacaq.

Zelenski bu barədə “Telegram” kanalında paylaşım edib və ABŞ-yə enişdən sonra çəkilmiş videosunu yayıb. Daha əvvəl “İnterfaks-Ukrayna” agentliyi dövlət başçısının təyyarəsinin Endryus aviabazasına eniş etdiyini bildirmişdi.

Ukrayna lideri qeyd edib ki, səfər çərçivəsində ABŞ-nin enerji və müdafiə şirkətlərinin nümayəndələri ilə də görüşlər planlaşdırılıb: “Bunlar güclü silah istehsalçılarıdır və onların məhsulları bizim müdafiə qabiliyyətimizi əhəmiyyətli dərəcədə artıra bilər”, - deyə Zelenski vurğulayıb.

O, həmçinin hava hücumundan müdafiə sistemlərinin tədarükünün müzakirə olunacağını bildirib.

Zelenski, Tramp ilə qarşıdakı görüşü barədə danışarkən, Ağ Evin rəhbərinin Qəzza sektorunda döyüşlərin dayandırılması üçün təklif etdiyi sülh planına da toxunub: “Biz ümid edirik ki, Yaxın Şərqdə terror və müharibəni cilovlamaq üçün yaranan impuls Rusiya-Ukrayna müharibəsinin də sona çatmasına kömək edəcək”.

Ukrayna liderinin sözlərinə görə, Moskva “Tomahawk” raketlərinin adı çəkilən kimi dialoqu bərpa etməyə can atır.

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak isə bildirib ki, Zelenskinin ABŞ səfəri çərçivəsində nümayəndə heyəti artıq bir neçə gündür Vaşinqtondadır və oktyabrın 16-da Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüş keçirilib: “Bu, prezidentlərin görüşündən əvvəl aparılan çox vacib müzakirə idi – əsas prioritetlərin və vurğuların razılaşdırılması. Konkret qərarlar gözləyirik”, – deyə Yermak qeyd edib.

Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp cümə axşamı Rusiya lideri Vladimir Putinlə uzunmüddətli telefon danışığı aparıb. Tramp daha sonra Zelenski ilə danışıqları təsdiqləyib və yaxın vaxtlarda Putin ilə də şəxsi görüşün Budapeştdə keçirilə biləcəyini açıqlayıb.

Oktyabrın 17-də keçiriləcək Zelenski-Tramp görüşündə əsas müzakirə mövzusu Ukraynaya ABŞ silahlarının, o cümlədən uzaqmənzilli “Tomahawk” qanadlı raketlərinin tədarükü olacaq. Moskva bu planı “təhlükəli eskalasiya” kimi qiymətləndirərək, bunun Rusiya-ABŞ münasibətlərində ciddi gərginliyə səbəb ola biləcəyini bəyan edib.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Oktyabr 2025 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri