Icma.az
close
up
RU
Zelenski Trampla müzakirə edəcəyi məsələləri açıqlayıb

Zelenski Trampla müzakirə edəcəyi məsələləri açıqlayıb

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla keçiriləcək görüşdə ərazi məsələlərinin mütləq müzakirə olunacağını vurğulayıb.

APA “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Zelenski jurnalistlərə açıqlamasında məlumat verib.

“Açığı, üzərində işlədiyimiz 20 maddəlik plan 90 faiz hazırdır. Məqsədimiz onu 100 faizə çatdırmaqdır. Bu, asan deyil və heç kim demir ki, hər şey dərhal 100 faiz olacaq”, — prezident bildirib.

O əlavə edib ki, hər bir görüş və danışıq arzu olunan nəticəni yaxınlaşdırmalıdır.

Zelenskinin sözlərinə görə, Trampın Mar-a-Laqo iqamətgahında keçirilməsi planlaşdırılan görüşdə geniş gündəlik nəzərdə tutulub.

Komandaların səmərəli çalışdığını və sənədlərin ilkin layihələrinin hazırlandığını qeyd edən Ukrayna lideri eyni zamanda, bəzi məsələlərin yalnız liderlər səviyyəsində müzakirə oluna biləcəyini bildirib. Onların sırasında təhlükəsizlik zəmanətləri xüsusi yer tutur.

“İmzalanma ilə bağlı hazırda dəqiq deyə bilmərəm. Bu görüş sənədləri maksimum dərəcədə tamamlamaq üçündür. Ərazi məsələləri müzakirə olunacaqmı? Fikir ayrılıqları olan bütün mövzuları tərəfimiz qaldıracaq”, — o bildirib.

Zelenski Tramp ilə Donbas, eləcə də Zaporojye Atom Elektrik Stansiyası məsələlərini də müzakirə edəcəyini deyib.

“Orduya gəldikdə, razılaşmalarımızda hazırda təsbit olunan model bizi qane edir. Bu, bizim üçün təhlükəsizlik zəmanətidir və ABŞ tərəfi bizi eşidir”, — Ukrayna lideri qeyd edib.

Xatırladaq ki, bu gün Donald Trampın 28 dekabr bazar günü Floridada, Mar-a-Laqoda Volodimir Zelenski ilə görüşəcəyi qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 26 Dekabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri