Zelenski Trampla nəyi müzakirə etdi?
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə “Patriot” zenit-raket kompleksləri (ZRK) üçün tutucu raketlərin istehsalını müzakirə etdiyini bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Ukrayna dövlət başçısının rəsmi teleqram kanalında paylaşılıb.
“Prezident Tramp ilə “Patriot” sistemləri üçün raket-tutucuların istehsalı lisenziyalarını və kömək edə biləcək bəzi digər ideyaları müzakirə etdik”, – deyə Zelenski qeyd edib.
O, həmçinin tərəflərin diplomatik prosesin aktivləşdirilməsini nəzərdən keçirdiklərini bildirib. Ukrayna lideri gələcək qarşılıqlı fəaliyyətin detallarının razılaşdırılacağını vurğulayıb və Trampla keçirilən görüşü “yaxşı” adlandırıb.
Xatırladaq ki, bir qədər əvvəl Zelenski və Tramp arasında danışıqların başa çatdığı barədə xəbər verilmişdi. Ukrayna mediasının məlumatına görə, görüş təxminən bir saat davam edib.
Baxış sayı:70
Bu xəbər 28 İyul 2026 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















