Zelenski: Yalnız Tramp Putini güzəştə məcbur edə bilər
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Rusiya istəsə, müharibə yaya qədər sona çata bilər".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Zelenski Kiyevdə jurnalistlərin Rusiya-Ukrayna müharibəsi danışıqları üzrə sualları cavablandırarkən deyib.
O, Fransa Prezidenti Emmanuel Makronla dünən telefonla danışdığını xatırladaraq, bildirib ki, Fransa liderinə BƏƏ-dəki danşıqlar barədə ətraflı məlumat verib və daha sonra ondan xahiş edib: "Ondan xahiş etdim ki, Rusiyaya təzyiqləri artırsınlar. Hesab edirəm ki, ABŞ da müharibəni tez bitməsi üçün Rusiyaya təzyiq göstərməlidir. Əgər təkcə Ukrayna tərəfi deyil, həm də təcavüzkar Rusiya istəsə, müharibəni yaya qədər bitirə bilərik. Əlbəttə, müharibə bitmədən ABŞ Ukraynaya güclü təhlükəsizlik zəmanətləri verməlidir. Buna görə də bu müqavilənin imzalanması artıq tamamilə ABŞ-dan asılıdır. Düşünürəm ki, ABŞ prezidenti Donald Tramp Rusiyanı müharibəni bitirməyə məcbur edə bilər. Yalnız o, Putini bir növ güzəştə məcbur edə bilər"
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 12 Fevral 2026 08:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















