Zelenskidən HƏYƏCAN TƏBİLİ: “Rusiya 9 Mayda...”
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin 9 May – Qələbə Günü ərəfəsində təxribatlara hazırlaşdığı barədə xəbərdarlıq edib. O, rus qüvvələrinin “atəşkəs istədiyini göstərməyə çalışsalar da”, cəbhədə hücumların sayının rekord səviyyəyə çatdığını bildirib.
Yenisabah.az xəbər verir ki, Zelenski bu barədə ölkə vətəndaşlarına etdiyi növbəti videomüraciətində deyib:
“Onlar hansısa atəşkəs, hansısa sakitlik barədə danışmağa çalışırlar. Amma bu gün Ukrayna mövqelərinə 200-dən çox hücum qeydə alınıb. Bu, son ayların ən yüksək göstəricisidir. Rusiya 9 Mayda simvolik təxribatlara hazırlaşır”, – deyə Prezident vurğulayıb.
Zelenski həmçinin Ukrayna ordusunun bütün istiqamətlərdə dayanıqlı müdafiə göstərdiyini qeyd edib və beynəlxalq tərəfdaşları silah dəstəyini artırmağa çağırıb.
Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya 9 May tarixini informasiya və hərbi təxribatlar üçün istifadə etməyə cəhd göstərə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 04 May 2025 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















