Icma.az
close
up
RU
Zelenskidən müharibəni bitirmək qərarı Putinlə görüşmək istəyir

Zelenskidən müharibəni bitirmək qərarı Putinlə görüşmək istəyir

News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya-Ukrayna müharibəsini diplomatiya yolu ilə bitirmək istədiklərini və lazım gələrsə, bu istiqamətdə Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, Zelenski “Telegram” hesabında yaydığı yazılı açıqlamada ölkəsində danışıqlar aparan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Renaud-Bassonu qəbul etdiyini açıqlayıb.

İkitərəfli görüşdən sonra Zelenski Odil Renaud-Basso ilə keçirdiyi mətbuat konfransında ölkəsində davam edən müharibə ilə bağlı son hadisələri dəyərləndirib. Müharibəni bitirmək üçün Rusiya prezidenti Putinlə görüşmək imkanının olub-olmaması ilə bağlı suala Zelenski belə cavab verib: 

"Əlbəttə, həm ABŞ, həm prezident (Donald) Tramp, həm də Avropa İttifaqı ölkələri hesab edir ki, Rusiyasız, Putinsiz diplomatiya mümkün deyil. Ona görə də mən dedim ki, əgər bu müharibənin bizim üçün necə bitəcəyi ilə bağlı razılığa gələ bilsək, mən Putinlə görüşməyə hazıram. Problem ondadır ki, mənə elə gəlir ki, Putin, prinsipcə, mənimlə müharibəni bitirmək barədə danışmaqdan qorxur. Ancaq mən hələ də düşünürəm ki, Tramp onu müharibəni bitirməyə məcbur edə bilər.

Son günlər bəzi media orqanlarında Rusiya-Ukrayna müharibəsini bitirmək üçün "Trampın planı" olduğunu iddia edən məlumatlara toxunan Zelenski, "Əminəm ki, komandalarımız (ABŞ-Ukrayna) birlikdə çalışacaq. Fərqli plan ola bilməz" deyib.

Zelenski daha əvvəl də Trampla müharibənin sona çatması ilə bağlı öz fikirlərini bölüşdüyünü xatırladıb. "Lakin biz yenə də çalışacağıq ki, bu, ortaq anlayış və baxış olsun. Rusiya nəyisə bəyənməsə belə, ortaqlar arasında ortaq baxış lazımdır. O zaman diplomatiyaya hazırıq”, - deyə o əlavə edib. 

Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi təyin etdiyi Keyt Kelloqdan müharibəni bitirmək planının gəldiyinə dair iddiaların da olduğunu xatırladan Zelenski, “Rəsmi danışıqları və nəticələri gözləyəcəyik” deyib.

AYİB prezidenti Renaud-Basso da müharibə başlayandan bəri Ukraynaya keçən il ayırdıqları 2,4 milyard avro da daxil olmaqla 6,2 milyard avro dəyərində dəstək verdiklərini bildirib. Renaud-Basso Ukraynanın enerji sektorunda layihələr istehsal etməyə və özəl sektora dəstək verməyə davam edəcəklərini bildirib.

Aynurə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Fevral 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri