Zelenskidən nüvə silahı ilə bağlı vacib açıqlama
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Ukrayna nüvə silahından əl çəkməməli idi.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “Il Foglio” nəşrinə müsahibəsində bildirib.
Ukrayna lideri Budapeşt Memorandumuna istinad edərək ölkənin nüvə arsenalından əl çəkməməli olduğu fikrini ifadə edib. Onun sözlərinə görə, nə Rusiya, nə də Qərb buna əməl edir.
“Nüvə silahlarını verməyimiz absurd və tamamilə məntiqsiz idi”, - deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, Budapeşt Memorandumu SSRİ-nin dağılmasından sonra sovet nüvə silahlarının Ukraynanın sərəncamında qalması mövzusunda beynəlxalq danışıqların yekunu idi. Memorandum 1994-cü il dekabrın 5-də Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri tərəfindən imzalanıb. Sənəddə Rusiya, Böyük Britaniya və ABŞ-ın nüvə silahlarının təhvil verilməsi müqabilində Ukraynaya verdiyi təhlükəsizlik zəmanətləri öz əksini tapıb.
Baxış sayı:90
Bu xəbər 28 Yanvar 2025 00:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















