Icma.az
close
up
RU
Zelenskidən SON DƏQİQƏ AÇIQLAMASI Çox təhlükəli olacaq...

Zelenskidən SON DƏQİQƏ AÇIQLAMASI Çox təhlükəli olacaq...

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Ukraynanın ABŞ və Rusiya arasında müharibə ilə bağlı aparılan danışıqlardan kənarda qalması "çox təhlükəli" olacaq".

Bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

O, Donald Tramp administrasiyasının müharibəyə son qoymaq üçün Rusiya ilə "çox ciddi" danışıqlar apardığı barədə bəyanatını şərh edərkən belə deyib.

"Onların öz münasibətləri ola bilər, lakin Ukrayna haqqında bizsiz danışmaq hamı üçün təhlükəlidir", - deyə Zelenski "The Associated Press"ə müsahibəsində qeyd edib.

Onun sözlərinə görə, komandası Tramp administrasiyası ilə əlaqə saxlayır, lakin bu müzakirələr hələlik "ümumi səviyyədə" aparılır, Zelenski yaxın vaxtlarda daha detallı razılaşmalar əldə etmək üçün şəxsi görüşlərin keçiriləcəyinə inanır.

"Biz bunun üzərində daha çox işləməliyik", - deyə Volodimir Zelenski bildirib və əlavə edib ki, Tramp inauqurasiyadan sonrakı ilk həftələrdə əsas diqqətini daxili problemlərə yönəldib ki, bu da başa düşüləndir.

Zelenski həmçinin qeyd edib ki, Rusiya atəşkəs danışıqlarında iştirak etmək və ya hansısa güzəştləri müzakirə etmək istəmir.

Ukrayna prezidenti əmindir ki, Donald Tramp Rusiya lideri Vladimir Putini danışıqlar masasına əyləşməyə məcbur edə bilər. O, bunun üçün Rusiyanın enerji və bank sisteminə qarşı sanksiyalar tətbiq etməklə yanaşı, Ukrayna ordusuna dəstəyi davam etdirməli olduğunu vurğulayıb.

"Düşünürəm ki, bunlar ən yaxın və ən vacib addımlardır", - deyə Zelenski bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:299
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Fevral 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see378

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see343

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see297

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see273

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see270

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see261

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see250

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see243

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see242

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see229

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see221

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see220

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see216

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see213

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see208

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see208

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see202

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see202

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri