Icma.az
close
up
RU
Zelenskidən Donbas AÇIQLAMASI

Zelenskidən Donbas AÇIQLAMASI

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ukrayna Prezidenti Volodimir Zelenski paytaxt Kiyevdə keçirdiyi mətbuat konfransında Rusiya–Ukrayna müharibəsindəki son vəziyyətlə bağlı mühüm fikirlərini bölüşüb.

"Cebheinfo.az" xəbər verir ki, Zelenski rusların Ukraynanın şərqindəki Donbas bölgəsini tamamilə ələ keçirmək istədiyini bildirib:

“Hazırda Rusiya ordusu həmin bölgəni sonrakı hücumlar üçün bir “irəliləmə meydanı” kimi istifadə etmək istəyir. Məhz bu bölgənin rusların əlinə keçməsinin Üçüncü Dünya müharibəsinə səbəb ola bilər.

Donbasdan ayrılmayacağıq, bunu edə bilmərik. Hamı əsas məsələni unudur. Torpaqlarımız qanunsuz şəkildə işğal olunub.Ruslar üçün Donbas gələcəkdə yeni hücum üçün tramplindir. Donbasdan öz istəyimizlə ayrılsaq və ya təzyiq görsək, üçüncü bir müharibəyə start vermiş olarıq”.

Zelenski rusların 2014-cü ildə Krımı işğal edərək onu Ukraynanın digər bölgələrinə hücumu davam etdirmək üçün istifadə etdiyini xatırladaraq sözlərinə belə davam edib:

“Bura tammiqyaslı işğal üçün tramplin idi. Tammiqyaslı işğaldan sonra bu gün Donbası, müdafiə xəttimizi, ərazilərimizi, nəzarət etdiyimiz mövqeləri tərk etsək, ruslara hücum hazırlığı üçün açıq şəkildə meydan vermiş olacağıq”.

Rusiya ordusunun Donbas vasitəsilə sonradan Zaporijya, Xarkov və Dnepropetrovsk bölgələrinə qarşı hücumlarını davam etdirmək istədiyini bildirən Zelenski bunları deyib:

“Məncə, hər hansı ərazi məsələsi təhlükəsizlik zəmanətlərindən ayrı düşünülə bilməz. Əks halda indi onlara (Rusiyaya) təxminən 9 min kvadratkilometrlik bir ərazinin, yəni Donetsk vilayətinin təxminən 30 faizinin verilməsini istəyirlər. Bu, yeni hücumları üçün tramplindir”.

Zelenski, həmçinin “The Telegraph” qəzetinin onun Ukraynanın ərazi bütövlüyü ilə bağlı güzəştə gedə biləcəyi barədə yazdığı xəbərdəki məlumatları təkzib edib. Belə bir açıqlama vermədiyini bildirən Zelenski, ərazi bütövlüyü mövzusunda güzəştə getməyəcəklərini vurğulayaraq, “Ölkəmdən imtina edə bilmərəm, çünki buna haqqım yoxdur” deyə qiymətləndirib.

Nigar Hacılı
"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Avqust 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri