Icma.az
close
up
RU
BƏƏ Azərbaycan üçün əsas bazarlardan birinə çevrilə bilər Deputat

BƏƏ Azərbaycan üçün əsas bazarlardan birinə çevrilə bilər Deputat

Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyev BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşdə bildirib ki, iki ölkə arasında siyasi əlaqələr uğurla inkişaf edir və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək göstərilir. Dövlət başçısı vurğulayıb ki, qarşılıqlı sərmayələr, xüsusilə neft-qaz və nəqliyyat sektorundakı əməkdaşlıq geniş perspektivə malikdir. O, həmçinin Azərbaycanın bərpaolunan enerji layihələrinə verdikləri dəstəyə görə BƏƏ-yə təşəkkürünü bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, son zamanlarda Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin daha da dərinləşməsi müşahidə olunur.

"Bir tərəfdən qarşılıqlı investisiya qoyuluşları, digər tərəfdən xarici ticarət dövriyyəsinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər praktik olaraq iki ölkə arasında iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə səbəb olub. Təbii ki, iqtisadi əlaqələrin genişləndirilməsi üçün kifayət qədər böyük potensial mövcuddur. Bu potensialın reallaşması baxımından birgə müzakirələr və səfərlər xüsusi əhəmiyyət kəsb edir. İmzalanmış sənədlər də bir daha təsdiq edir ki, ölkələr qarşılıqlı münasibətləri daha da inkişaf etdirmək niyyətindədirlər. Xüsusilə nəqliyyat sektoru və qeyri-neft sahəsində əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan üçün qeyri-neft məhsullarının ixracı baxımından əsas bazarlardan birinə çevrilə bilər. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi 100 milyon dollara yaxındır, lakin bu dövriyyənin artırılması imkanları kifayət qədər genişdir. Bu kontekstdə gözlənilir ki, Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərdə yeni səhifə açacaq", - deyə millət vəkili yekunlaşdırdı.

Xədicə BAXIŞLI
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Sentyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri