Icma.az
close
up
RU
“Ermənistan regiona yönələrsə, tranzit ölkəyə çevrilə bilər” DEPUTAT

“Ermənistan regiona yönələrsə, tranzit ölkəyə çevrilə bilər” DEPUTAT

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevə Azərbaycanın Ermənistana yüklərin tranzitinə dair bütün məhdudiyyətləri aradan qaldırmasına görə təşəkkür edib.

Paşinyan, bunu Tbilisidə keçirilən V Tbilisi Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı bildirib.

O həmçinin, Baş nazir Əli Əsədova da təşəkkür edib.

Gununsesi.info–ya danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli hesab edir ki, bu önəmli bir addımdır və sülh prosesinin tərkib hissəsidir:

“Nəzərə almaq lazımdır ki, əgər Azərbaycan işğala son qoyan, Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturası formalaşdıran bir ölkə kimi dərhal sülh təşəbbüsü ilə çıxış etmişdisə, nəticə etibarilə indi ölkəmizin atdığı addımlardan təəccüblənməyə dəyməz. Çünki sülhün memarı Azərbaycandır və indiki şəraitdə biz ölkəmizin davamlı olaraq sülh prosesini irəliyə doğru apardığının şahidi oluruq.

Əslində, Tiflisdə Nikol Paşinyanın səsləndirdiyi təşəkkür həm də diqqəti başqa bir məqama yönəldir. Bir neçə il öncə Tiflisdə Paşinyan “Sülh kəsişməsi” adlı layihə təqdim edərkən tamamilə fərqli kontekstdən çıxış edirdi. O zaman Ermənistanın bu layihədə real iştirak imkanlarının olmadığını, logistik çıxış yollarının məhdudluğunu etiraf edərək, buna baxmayaraq regionun mərkəzinə çevrilmək istədiyini bəyan etmişdi.

Lakin artıq bu gün regionun hansı ölkənin ətrafında formalaşdığı aydın görünür — Azərbaycan hər zaman olduğu kimi bu prosesdə öncüllük edir. Ermənistana ilk yük tranzitinin — və xüsusilə taxıl daşınmasının — məhz Cənab Prezident tərəfindən Astanada elan olunması da təsadüfi deyil. Bu, özündə ciddi mesaj daşıyan mühüm bir amildir”.

Deputat qeyd edib ki, əgər Ermənistan prosesi bundan sonra da davamlı şəkildə irəli aparacaqsa, istiqamətini şərqə, qərbə deyil, məhz regiona yönəldəcəksə, bu halda həm Zəngəzur dəhlizinin reallaşdırılması, həm də digər kommunikasiyaların açılması istiqamətində atılan addımlar onu tranzit ölkəyə çevirə bilər.

“Bu isə yalnız Azərbaycanın səyləri, atdığı addımlar və təbii ki, müttəfiqləri ilə birgə həyata keçirdiyi layihələr sayəsində mümkündür”-deyə deputat əlavə edib.

Şəbnəm

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Oktyabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see314

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see308

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see306

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see291

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see290

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see282

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see272

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see272

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see270

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see256

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see241

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see231

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see230

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see225

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see225

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see223

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see216

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see189

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri