Zelenskinin doğulduğu şəhər raket hücumuna məruz qaldı: 18 ölü, 61 yaralı
Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.
Ukraynanın Dnipropetrovsk vilayətinin Kriviy Riq şəhəri Rusiya Silahlı Qüvvələrinin raket hücumuna məruz qalıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şəhər Ukrayna Prezidenti Volodimir Zelenskinin doğulub böyüdüyü yerdir. Hücum nəticəsində 9-u uşaq olmaqla 18 nəfər həlak olub, 61 nəfər isə yaralanıb.
Bu barədə Dnipropetrovsk Hərbi İdarəsinin rəhbəri Serhiy Lisak məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində çoxsaylı yaşayış binaları zərər görüb. O, həmçinin qeyd edib ki, Rusiya ordusu gecə saatlarında şəhərə pilotsuz uçuş aparatı (PUA) ilə də hücum edib. Bu hücumda isə 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Prezident Volodimir Zelenski də hadisə ilə bağlı açıqlama verərək, Rusiya ordusunun şəhəri ballistik raketlə hədəfə aldığını bildirib.
Digər tərəfdən, ABŞ Maliyyə Nazirliyinin nümayəndəsi Skott Bessent Zelenskini “şoumen” adlandıraraq sərt tənqid edib.
Fidan Hacızadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 05 Aprel 2025 15:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















