Icma.az
close
up
RU
Zelenskinin sonu yaxınlaşır: Ukrayna təslimçi sülhə məcbur olur?

Zelenskinin sonu yaxınlaşır: Ukrayna təslimçi sülhə məcbur olur?

Icma.az, Moderator.az saytına istinadən bildirir.

“Çox təəssüflər olsun  ki, Birləşmiş Ştatlarla Rusiya arasında Ukrayna ərazisinin bölüşdürülməsi ilə bağlı “sülh danışıqları” adı altında görüş keçirildi. Birləşmiş Ştatlar Rusiya ilə münasibətlərini normallaşdırmaqla bağlı addımlar atır və Ukraynanın müəyyən ərazilərinin Rusiyada qalması şərti ilə təbii sərvətlərinin istismar olunması üçün səy göstərir. Əlbəttə, bu, Ukrayna dövlətinin maraqlarına tamamilə ziddir”.

Bunu Moderator.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya  (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Siyasi şərhçi qeyd edib ki, Birləşmiş Ştatlarla Rusiya arasında Səudiyyə Ərəbistanında keçirilən görüş Ukrayna xalqına qarşı hörmətsizlikdir. Eyni zamanda  bu addım dünyada təhlükəli və mənfi  presidentin yaranmasına səbəb olur. Bundan sonra Avropa İttifaqı ölkələrinin toplantısı baş tutdu: “Əslində bu da Avropa İttifaqı tərəfindən Ukrayna ilə bağlı qeyri səmimi bir addım idi. Çünki Avropa İttifaqının, iqtisadi və siyasi lider ölkələri olan Fransa və Almaniya çox yaxşı başa düşür ki, Tramp bu hökumətlərə qarşı təzyiq xarakterli addımlarını daha da kəskinləşdirəcək və bu hökumətlərin devrilməsi ilə bağlı konkret addımlar atacaq. Bunun ilk siqnallarını Tramp inaqurasiya mərasimində verdi və  Avropada sağçı liderlərini inaqurasiya mərasiminə dəvət etməklə Fransa və Almaniyanın marianet hökumətlərinə “savaşa hazır olun” mesajı verdi. Ona görə də Avropa İttifaqı, xüsusilə Fransa Ukraynadan sadəcə olaraq kart kimi istifadə etməklə istifadə etməklə Birləşmiş Ştatlara təzyiq aləti kimi müəyyən rıçaqlar formalaşdırmağa çalışır və Ukraynada bunu çox yaxşı başa düşür və ona görə də Zelenski tələsik və gecikmiş Ankara səfərini reallaşdırdı”.

Siyasi şərhçi əlavə edib ki, vaxtilə  Türkiyə prezidenti Ərdoğan Ukrayna və Rusiyanın tərəfini bir masa ətrafında İstanbulda topladı və hər iki tərəf Ərdoğanı bu addımı alqışlarla qarşıladı və sülh danışıqları ilə bağlı müsbət meyllər müşahidə olundu. Amma nə baş verdi? ABŞ , xüsusilə Britaniya, eyni zamanda Fransa Ukraynanı, sülh danışlarından yayındırdılar: “Nəticədə Rusiya tamamilə daha da aqressivləşdi və beləliklə də Ukrayna daha çox ərazilərini itirdi,  daha çox insan öldü. Bununla da düşmənçilik münasibətləri o həddə çatdı ki, ümumiyyətlə sülh danışıqlarının, daha doğrusu qalıcı sülh danışıqlarının nəticə verməsi qeyri -mümkündür. Və əslində məqsəd də bu idi. Bundan sonra isə Zelenskinin Ukrayna və Ərdoğanın kölgəsinə sığınması gecikmiş addımdır və Türkiyəni də çətin vəziyyətdə qoyur. Çünki Rusiya tərəfi də son açıqlamasında bildirdi ki, Zelenski legitim hökumət dövlət başçısı deyil və Rusiya  bu mesajla onu dedi ki, Zelenski nə qədər hakimiyyətdə qalacaqsa, Rusiya Ukrayna ilə danışıqlara getməyəcək. Digər tərəfdən, Trampın da mövqeyi ondan ibarətdir ki, Ukrayna təslimçi sülhə məcbur edilməlidir və beləliklə də Ukrayna ərazilərinin müəyyən hissəsi Rusiyada qalmaqla, əslində uzaq perspektivə hesablanan münaqişə ocağının qalıcı olaraq davam etməsinə zəmin yaratmaq, beləliklə də  Birləşmiş Ştatlar Rusiya üzərində təzyiqini saxlamağa nail olmalıdır.  Zelinski buna qəti etirazını bildirir və  o çox yaxşı bilir ki, Putin və Tramp növbəti mərhələdə Ukrayna üzərində müəyyən razılaşmanı əldə etmək üçün onu devirməyə çalışacaqlar. Növbəti mərhələdə biz bunu müşahidə edə bilərik. Buna görə də gecikmiş halda Ərdoğanın kölgəsinə sığınmaq və beləliklə də Türkiyəni proseslərə mane edən və eyni zamanda Zelenski hökumətini qoruyan bir qüvvə olaraq prosesə qoşulmağa çalışır”.

Siyasi şərhçi hesab edir ki,Türkiyənin burada maraqları var və eyni zamanda Ukraynaya verdiyi silah dəstəyi, həmçinin Suriyadakı proseslərdən sonra Rusiya Türkiyə ilə soyuq münasibətləri nümayiş etdirir: “Ona görə də Rusiya ilə Birləşmiş Ştatlar arasında görüş Türkiyədə deyil, məhz Səudiyyə Ərəbistanında baş tutdu. Əlbəttə, Türkiyədə proseslərə seyrçi qalmaq niyyətində deyil və öz maraqlarına da uyğun olaraq Zelenski hökuməti ilə işləməyə çalışacaq. Amma Zelenski vaxtilə Ərdoğanın deyil, Birləşmiş Ştatların və digər Avropa ölkələrinin təhriki ilə Ərdoğanın təklif etdiyi xəttə  müsbət yanaşmadı. Nəticədə Türkiyəni indi çətin vəziyyətə qoyub. Hazırda elə bir gərgin vəziyyət var ki, Türkiyənin də həlledici aktor olaraq çıxması çox çətindir. Ona görə də Ukraynanın vəziyyəti çox təəssüflər olsun ki, gözlənildiyi kimi acınacaqlı bir mərhələyə gəlib çatıb və burada çıxış imkanları, çıxış yolları kifayət qədər çətindir. Mən belə düşünürəm ki, bundan sonrakı mərhələdə Zelenskinin hakimiyyətdən getməsi üçün Tramp və Putin ciddi fəaliyyət yürüdəcəklər

Çox böyük ehtimalla bu reallaşa bilər və nəticə etibarı ilə Birləşmiş Ştatlar başda olmaqla Ukraynanı təslimçi  sülhə məcbur etməyə çalışırlar və bundan sonra Ukraynanı çox çətin bir mərhələ gözləyir”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:250
embedMənbə:https://moderator.az
archiveBu xəbər 19 Fevral 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri