Icma.az
close
up
RU
Zelenskinin xəbərdarlığı liderləri paradda iştirakdan yayındıracaq? ŞƏRH

Zelenskinin xəbərdarlığı liderləri paradda iştirakdan yayındıracaq? ŞƏRH

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvada 9 May paradına qatılmağı planlaşdıran xarici ölkə nümayəndələrinin təhlükəsizliyi ilə bağlı risklərin mövcud olması barədə söylədiklərinin iki mənası var. 

Modern.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu danışıb.

“Birincisi, Zelenskinin sözlərinə görə, Rusiya tərəfi bu şəxslərlə bağlı istənilən hərəkəti edə və sonra bunun məsuliyyətini Ukraynanın üzərinə ata bilər. Bu versiya ağlabatan deyil. Kreml Ukraynanı ittiham etmək üçün uzun müddətdir üzərində çalışdığı və qonaqları bir yerə toplamağa arzuladığı paradı niyə bilərəkdən pozsun ki? İkincisi, Ukrayna Moskvada 9 May paradını pozmaq üçün Rusiyanın paytaxtına dronlar vasitəsilə zərbələr endirə bilər. Bu isə mümkündür və Ukrayna ordusu oxşar əməliyyatları bir neçə dəfə həyata keçirib, hətta 2023-cü ilin may ayında Kremlə iki dron zərbəsi endirib və bunun görüntüsünü də yayımlayıb.

Ukrayna Prezidenti Vladimir Zelenskinin məqsədi aydındır. O “xarici qonaqların təhlükəsizliyinə təminat yoxdur” deməklə 9 May paradını pozmaq və Rusiyanın imicinə daha böyük zərbə vurmaq istəyir”, - o deyib. 

Politoloq vurğulayıb ki, Zelenskinin xəbərdarlığı əvvəlcədən paradda iştirak edəcəyini deyən liderləri fikrindən daşındırmayacaq:

“Bu, parada qatılmaq istəyən xarici qonaqları seçim qarşısında qoya bilərmi? Çətin, hansı lider ki, parada qatılacağını əvvəlcədən müəyyələşdirib, o Rusiya Prezidenti Vladimir Putinin paradda iştirak dəvətindən imtina etməyəcək. Dəvətdən imtina Zelenskinin xəbərdarlığının nəzərə alınması kimi qiymətləndiriləcək. Misal üçün Çin lideri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada 7–10 may olacaq. Si Cinpin səfər çərçivəsində həm paradda iştirak edəcək, həm də Putinlə ikitərəfli görüşlərdə strateji tərəfdaşlığın gələcək inkişafı, münasibətlərin dərinləşdirilməsi və beynəlxalq gündəmdəki aktual məsələlər müzakirə edəcək. Səfər zamanı bir sıra sənədlərin imzalanması planlaşdırılır. Sənədlər iqtisadi, enerji, təhlükəsizlik və nəqliyyat sahələrində əməkdaşlığın yeni mərhələsini ehtiva edəcək. Bununla Si Cinpin Zelenskinin xəbərdarlığını qulaqardına vurmuş olur. 

Kremlin qonaqlarını qorumaq üçün təhlükəsizlik tədbirlərini artıracağı aydındır. Moskva səmasında hava müdafiə sistemləri gücləndirilmiş iş rejimində çalışacaqlar. Bununla təhlükənin tam ortadan qaldırıldığını söyləmək mümkündürmü? Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev sosial media hesabında bildirib ki, Qələbə günü təxribat olarsa, Kiyevin mayın 10-u görəcəyinə heç kim zəmanət verə bilməz. Mevdevyev bu açıqlamasıyla faktiki Zelenksinin “təhlükəsizliyə təminat yoxdur” açıqlamasını gücləndirmiş olur.

Bu arada, Moskvanın Vnukovo hava limanı PUA hücumu təhlükəsi ilə əlaqədar bağlanıb”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 May 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see334

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see236

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see167

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see151

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see149

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see135

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see135

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri