Icma.az
close
up
RU
Zelenskinin istefası real görünür ŞƏRH

Zelenskinin istefası real görünür ŞƏRH

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin Yeni il ərəfəsində istefa verə biləcəyi ilə bağlı iddia yayılıb. Mənbələr dekabrın 15-dək atəşkəsə nail olunacağını, Zelenskinin isə Yeni il çıxışında vətəndaşlara müraciət edərək postunu tərk etdiyini açıqlaya biləcəyini bildirir. Bəs Zelenskinin istefası nə dərəcədə mümkündür və ondan sonra yeni prezident kim ola bilər?

Politoloq Elçin Xalidbəyli Metbuat.az-a açıqlamasında bildirib ki, prezident Zelenskinin istefa vermə ehtimalı hazırda real görünür və bu mövzu getdikcə daha ciddiləşir.

Onun sözlərinə görə, hətta sülh planının, yəni yeni Tramp planının müzakirəsi zamanı belə Zelenskinin hakimiyyətdən getməsi məsələsinin gündəmə gəldiyi barədə məlumatlar var. Bu baxımdan demək mümkündür ki, Zelenski doğrudan da istefa verə bilər və hakimiyyətin yenidən formalaşdırılması üçün prezident seçkilərinin keçirilməsi gündəmə gələ bilər:

“Burada iki əsas məqam ön plana çıxır. Birinci məqam odur ki, yeni Tramp planı Ukraynanın gələcək taleyini böyük risk altına qoyur. Zelenski isə bu plana əsasən sülh sazişi imzalamaqdan çəkinir. Ola bilsin ki, o, Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü ciddi təhlükə altına sala biləcək bir sənədə imza atan lider kimi tarixə düşmək istəmir. Bu, tamamilə inandırıcı yanaşmadır. Üstəlik, hazırda Zelenskiyə ciddi təzyiqlər göstərilir və aydındır ki, bu təzyiqlərin məqsədi Ukraynanın maraqlarına zidd sənədin imzalanmasına nail olmaqdır. Zelenski isə bundan yayınmaq üçün istefa verərək prosesdən kənara çəkilmə variantını seçə bilər”.

E.Xalidbəyli qeyd edib ki, ikinci önəmli məqam isə yeni Tramp planının müzakirələri zamanı bu məsələnin xüsusilə Rusiya tərəfindən qabardılmasıdır:

“Kreml hesab edir ki, Zelenski artıq legitim prezident deyil və ona görə də onunla imzalanacaq sülh sazişi Ukraynaya sabitlik gətirə bilməz. Moskva bildirir ki, Zelenskinin səlahiyyət müddəti bitib və yeni prezident seçilməlidir. Onların fikrincə, yeni Tramp planı üzrə sülh sazişi Ukraynanın yeni prezidentilə imzalanmalıdır. Bununla yanaşı, Kreml məsələni daha da genişləndirərək parlamenti də hədəfə alır. Çünki Zelenski sülh sazişini imzalasa belə, parlament bu sənədi ratifikasiya etməyə bilər. Yəni prezident bu qərarı təkbaşına verə bilməz. Buna görə də Moskva həm prezident, həm də parlament seçkilərinin paralel keçirilməsini, hakimiyyətə isə Rusiyanın hazırladığı sazişi - faktiki kapitulyasiya aktını imzalamağa hazır qüvvələrin gəlməsini istəyir”.

Politoloqun fikrincə, Rusiya sülh sazişi bəhanəsi ilə Ukraynada özünün təsiri altında olacaq bir hakimiyyət formalaşdırmağa çalışır. Bu iki amilin təsiri fonunda situasiya o həddə çatıb ki, Zelenskinin həqiqətən də istefa verərək postundan çəkilməsi ehtimalı real görünür.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 Dekabr 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see295

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see291

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see276

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see271

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see269

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see269

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see263

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see257

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see255

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see245

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see235

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see231

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see230

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see228

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see222

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see216

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see215

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see212

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see209

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri