Icma.az
close
up
RU
Politoloqdan Zelenskinin Ermənistan bəyanatına ŞƏRH

Politoloqdan Zelenskinin Ermənistan bəyanatına ŞƏRH

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın təkcə öz müstəqilliyi deyil, postsovet ölkələrinin, o cümlədən Ermənistanın müstəqilliyi uğrunda da mübarizə apardığını bildirib.

Maraqlıdır, bu bəyanat həqiqətən "azadlıq və müstəqillik" mesajıdır, yoxsa Ermənistanı Qərbin geosiyasi orbitinə daha da yaxınlaşdırmağa hesablanmış siyasi çağırışdır? Belə açıqlamalar İrəvanın xarici siyasət kursuna və regiondakı geosiyasi balanslara necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Anar İsayev açıqlama verib. 

Politoloq qeyd edib ki, Zelenskinin "Ukrayna təkcə öz müstəqilliyi deyil, həm də postsovet ölkələrinin, o cümlədən Ermənistanın müstəqilliyi uğrunda mübarizə aparır" bəyanatı bir neçə geosiyasi məqsədə xidmət edən siyasi mesaj kimi qiymətləndirilə bilər:

"Əvvəla, Ukrayna rəhbərliyi müharibəni təkcə Rusiya-Ukrayna qarşıdurması kimi deyil, Avropa təhlükəsizlik sisteminin və postsovet məkanında dövlətlərin suveren seçim hüququnun müdafiəsi kimi təqdim etməyə çalışır. 

Bu yanaşma Qərb ölkələrinin Ukraynaya hərbi, maliyyə və siyasi dəstəyinin davam etməsi üçün də mühüm arqumentlərdən biridir. Zelenski göstərmək istəyir ki, Ukraynanın məğlubiyyəti təkcə Kiyev üçün deyil, digər postsovet dövlətləri üçün də strateji nəticələr doğura bilər.

Ermənistanın xüsusi qeyd olunması isə təsadüfi görünmür. Belə ki,son illərdə İrəvanın xarici siyasətində ciddi dəyişikliklər müşahidə olunur. Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığını genişləndirib, ABŞ ilə təhlükəsizlik dialoqunu intensivləşdirib, Avropa İttifaqının müşahidə missiyasını qəbul edib və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) fəaliyyətini məhdudlaşdırıb.

Bütün bunlar Rusiyanın ənənəvi təsir imkanlarının zəiflədiyini göstərən amillər kimi qiymətləndirilir. Zelenskinin bəyanatı da məhz bu siyasi fon üzərində İrəvana ünvanlanan mənəvi və siyasi dəstək mesajı kimi qəbul edilə bilər.

Bununla yanaşı, bu açıqlamanın Qərbin geosiyasi strategiyası ilə uzlaşan elementləri də var. ABŞ və Avropa İttifaqı uzun müddətdir ki, postsovet məkanında Rusiyanın təsir imkanlarının azalmasına çalışırlar. Ukraynanın bu ritorikası həmin strategiyanı tamamlayan siyasi diskurs yaradır. Məqsəd yalnız Ermənistan deyil, Moldova, Gürcüstan və digər ölkələrə də "təhlükəsizlik və inkişaf üçün alternativ tərəfdaşlıqlar mövcuddur" mesajını verməkdir.
Digər tərəfdən, Ermənistanın reallığı daha mürəkkəbdir".

Anar İsayev vurğulayıb ki, ölkənin iqtisadi əlaqələrinin əhəmiyyətli hissəsi hələ də Rusiya ilə bağlıdır:

"Enerji təchizatı, ticarət, əmək miqrasiyası və maliyyə axınları baxımından Moskva İrəvan üçün vacib tərəfdaş olaraq qalır. Bu səbəbdən Ermənistanın yaxın perspektivdə tam şəkildə Qərbin geosiyasi orbitinə keçəcəyi barədə qəti nəticə çıxarmaq doğru olmaz. Daha real ssenari İrəvanın "çoxvektorlu" siyasəti davam etdirməsi, yəni həm Qərblə münasibətləri genişləndirməsi, həm də Rusiya ilə tam qarşıdurmadan yayınmağa çalışmasıdır.

Rusiyanın bu cür bəyanatları diqqətlə izlədiyi şübhəsizdir. Moskva Ermənistanı Cənubi Qafqazda ənənəvi təsir zonası hesab edir və İrəvanın Qərbə yaxınlaşmasını öz təhlükəsizlik maraqları baxımından həssas məsələ kimi qiymətləndirir. 

Bu baxımdan Zelenskinin açıqlaması Rusiya-Ermənistan münasibətlərində əlavə siyasi gərginlik yarada bilər, xüsusilə də Moskva bunu Ermənistanı öz orbitindən uzaqlaşdırmaq cəhdi kimi qəbul edərsə. Cənubi Qafqaz baxımından isə bu bəyanat regionun qlobal geosiyasi rəqabətin tərkib hissəsinə çevrildiyini bir daha göstərir.

 ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyə və digər aktorlar bölgədə nüfuz uğrunda rəqabət aparırlar. Belə şəraitdə Ermənistanın xarici siyasətində atacağı hər bir addım yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə regional güc balansına təsir göstərə bilər.


Azərbaycan üçün əsas prioritet isə regionda yeni geosiyasi qarşıdurmanın dərinləşməsinin qarşısının alınması, Ermənistanla sülh prosesinin irəliləməsi və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılmasıdır. 

Bu mənada həm Ukraynanın, həm də digər beynəlxalq aktorların bəyanatları regional diplomatik proseslərə təsir edə bilər, lakin onların real nəticələri ilk növbədə Ermənistanın öz xarici siyasət seçimlərindən və böyük güclər arasındakı rəqabətin gələcək dinamikasından asılı olacaq.

Nəticə etibarilə, Zelenskinin bəyanatı həm ideoloji xarakter daşıyan "suverenlik və müstəqillik" mesajıdır, həm də postsovet məkanında Qərbin siyasi mövqeyini gücləndirməyə yönəlmiş geosiyasi çağırış kimi şərh oluna bilər.

Bu iki məqsəd bir-birini istisna etmir və eyni vaxtda mövcud ola bilər. Ermənistanın bu mesajlara hansı səviyyədə cavab verəcəyi isə onun təhlükəsizlik, iqtisadi maraqları və regional reallıqlar arasında quracağı balansdan asılı olacaq".

Pərvin Şakirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Avqust 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri