Zəlzələdən sonra çoxlu balina ölüb FOTOLAR
Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.
Rusiyanın Kamçatka yarımadasında baş verən 8,8 bal gücündə zəlzələdən sonra Yaponiya sahillərində çoxlu sayda balinanın çıxması müşahidə edilib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra Rusiya, Yaponiya, Meksika, ABŞ-nin Alyaska və Havay ştatları da daxil olmaqla, Sakit okeanı sahillərində və Sakit okean adalarında sunami xəbərdarlığı edilib.
Mütəxəssislər sunami nəticəsində bəzi bölgələrdə dalğaların 3 metrə qədər yüksələ biləcəyini bildirib. Bu xəbərdarlıqlardan sonra Yaponiyada sahilboyu şəhərlərdə əhalinin təxliyəsinə başlanılıb.
Yaponiyanın Çiba prefekturasına bağlı Tateyama şəhərində isə çox sayda balinanın sahildə ölüsü aşkarlanıb.
Ekspertlərin sözlərinə görə, sunami dalğalarından əvvəl dəniz səviyyəsində baş verən ani dəyişikliklər və güclü axınlar balinaların istiqamətini itirməsinə səbəb olur. Nəticədə dəniz məməliləri sahilə çıxıblar.
Bəsti Rəfizadə
Sfera.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 30 İyul 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















