Icma.az
close
up
RU
Zəmanəmizin ən uzun münaqişəsi sona yetir

Zəmanəmizin ən uzun münaqişəsi sona yetir

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident İlham Əliyevin müdrik rəhbərliyi, böyük uzaqgörənliyi, səbir və əzmi ilə ölkəmiz bir-birinin ardınca tarixi uğurlar əldə edir. Dövlətimizin başçısının avqustun 8-də ABŞ-a səfərinin nəticələri də Vətən müharibəsində qazandığımız şanlı Zəfərin məntiqi davamı kimi xüsusi diqqət çəkir.

Bu səfər ABŞ-la tarixən mövcud olan münasibətləri ən yüksək səviyyəyə qaldırdı, ölkəmizin rəhbərinin təşəbbüsü ilə Ermənistanla aparılan sülh danışıqlarının uğurla yekunlaşacağının qarantı oldu. Dünya ictimaiyyəti, Azərbaycanın uğurlarına sevinən dost və qardaş ölkələrin rəhbərləri bu səfərdə əldə edilən nəticələri Qafqazda sülhün bərqərar olması və yeni dünya nizamı prosesində önəmli addımlardan biri kimi dəyərləndirdilər. Dövlətimizin başçısının müdrik siyasəti və qətiyyəti ilə Zəngəzur dəhlizi (Tramp yolu) layihəsi dünyanın ən böyük gücünün – ABŞ-ın xoş məramı ilə reallığa çevrildi. Bu marşrut təkcə Azərbaycanı Naxçıvanla deyil, bütün Türk dünyasını bir-biri ilə bağlayacaq Qərbi Şərqə qovuşduracaq.

Qeyd edim ki, səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini şərtləndirən Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə İşçi Qrupunun yaradılması haqqında iki ölkə hökuməti arasında Anlaşma Memorandumu imzalandı. Eyni zamanda, Azərbaycan və Ermənistan liderlərinin ABŞ-a səfəri çərçivəsində imzaladıqları sülh sazişinin paraflanması barədə Birgə Bəyannamə regionun gələcək təhlükəsizlik və əməkdaşlıq arxitekturasını müəyyənləşdirdi.

Birgə Bəyannamə Cənubi Qafqazda onilliklərdən bəri davam edən gərginlik dövrünün başa çatması istiqamətində ən ciddi siyasi addımlardan biri kimi diqqət çəkir. Bəyannamə həm diplomatik mətn, həm də siyasi mesaj olaraq tərəflərin uzunmüddətli sülh və əməkdaşlıq iradəsini təsdiq edir. Bu sənədin imzalanması Azərbaycan və Ermənistanın müstəqillik tarixində əldə edilən nadir diplomatik uğurdur. Onun məzmununda yalnız hərbi – siyasi məsələlər deyil, həm də iqtisadi inteqrasiya, kommunikasiya xətləri, sərhədin qarşılıqlı tanınması və humanitar əməkdaşlıqla bağlı müddəalar diqqət çəkir. Bu isə Birgə Bəyannamənin sülh razılaşmasından daha geniş bir siyasi yol xəritəsi olduğunu göstərir.

Qeyd edim ki, Bəyannamədə tərəflərin uzunmüddətli sülh və əməkdaşlıq iradəsi təsdiqlənib, müddəalar gələcəyə yönəlib, qarşılıqlı suverenlik və ərazi bütövlüyünün tanınması açıq şəkildə bəyan edilib. Sənədin siyasi mesajı isə regiondan kənar güclərə ünvanlanıb. Burada Cənubi Qafqaz ölkələrinin öz gələcəklərinə dair qərarları müstəqil şəkildə qəbul edə bilməsi və üçüncü tərəflərin təsirini minimuma endirmək niyyəti də açıq şəkildə ifadə olunub.

Sülh prosesi təkcə iki ölkə arasında münasibətlərin normallaşmasını deyil, eyni zamanda, regionun beynəlxalq iqtisadi sistemə daha səmərəli inteqrasiyasını sürətləndirəcək. Bu baxımdan Birgə Bəyannamə Avropa İttifaqı, Rusiya, Türkiyə, İran və digər maraqlı tərəflər üçün də yeni əməkdaşlıq platforması formalaşdıracaq.

Sənəddə nəzərdə tutulan iqtisadi əməkdaşlıq tədbirləri arasında sərhəd bölgələrində birgə sənaye zonalarının yaradılması, logistika mərkəzlərinin təşkili, kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarəti və enerji layihələrində tərəfdaşlıq da var. Bu addımlar Ermənistanın bərbad vəziyyətə düşmüş iqtisadiyyatı üçün yeni nəfəs olacaq. Azərbaycan isə tranzit və ixrac imkanlarını daha da genişləndirərək regional iqtisadi lider mövqeyini möhkəmləndirəcək. ABŞ-ın vasitəçilik rolu isə investorların inamını daha da artıracaq, riskləri azaldacaq və uzunmüddətli maliyyə axınını gerçəkləşdirəcək.

Ümumiyyətlə, Azərbaycan və Ermənistan liderlərinin ABŞ-da imzaladıqları Birgə Bəyannamə Cənubi Qafqazın gələcəyini dəyişəcək strateji bir sənəddir. Bəyannamənin prinsipləri regionda uzun illər davam edən gərginlik dövrünü başa çatdırmaqla yanaşı, iqtisadi inkişaf, siyasi sabitlik və humanitar əməkdaşlıq üçün geniş perspektivlər açır. Tarix göstərir ki, sülh yalnız imzalanmış sənədlərlə deyil, onların icrası ilə gerçəyə çevrilir. Bu baxımdan qarşıdakı illərdə atılacaq addımlar Cənubi Qafqazın dinc sabahını müəyyənləşdirəcək. Ermənistanın verdiyi vədlərə sadiq qalması ilə razılaşmalar təkcə iki ölkə arasında deyil, bütün regionda sabitliyin və sülhün yaranması ilə nəticələnəcək.

Cənubi Qafqaz Avropa ilə Asiya arasında strateji yerləşməsi, enerji resursları və nəqliyyat dəhlizləri ilə qlobal iqtisadiyyat üçün əhəmiyyətli bir məkandır. Münaqişələrin sona çatması, Tramp yolu və digər kommunikasiya xətlərinin açılması həm Azərbaycan, həm Ermənistan, həm də qonşu ölkələrə yeni imkanlar yaratmaq nəzərdə tutulur. Başqa sözlə, “Tramp Rifah və Sülh Marşrutu”nun açılması və dövlətlərin suverenliyinə hörmət prinsipi əsasında maneəsiz əlaqələrin qurulması xüsusi əhəmiyyət daşıyacaq. Azərbaycan üçün bu, Naxçıvanla quru yolunun bərpası, Ermənistan üçün isə beynəlxalq ticarət marşrutlarına çıxış imkanının genişlənməsi deməkdir. Beləliklə, adıçəkilən dəhlizin açılması təkcə siyasi hədəf deyil, həm də iqtisadi – logistik önəm daşıyan məsələdir. ABŞ-ın burada tərəfdaş və investisiya mərkəzi kimi rolu isə layihəyə geosiyasi dəyər gətirir.

Sonda önəmli bir məqamı da xatırlatmağı zəruri bilirəm. Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton səfərində ABŞ Prezidenti Tramp sülhü prioritet istiqamət kimi dəyərləndirərək tarixi razılaşmalara nail oldu. Ümumiyyətlə, son zamanlar gerçəkləşən sülh razılaşmaları Donald Trampın bəşəri xidmətləridir.

Vaqif ŞADLINSKI,
Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, professor

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Avqust 2025 02:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see345

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see341

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see277

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see272

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see270

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see267

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see263

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see262

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see248

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see223

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see215

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see214

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see213

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see210

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see207

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see206

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see205

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri