Icma.az
close
up
RU
Tramp Ukraynada sülhə nail ola bilsə, zəmanəmizin Çerçilli ola bilər Estoniya XİN rəhbəri

Tramp Ukraynada sülhə nail ola bilsə, zəmanəmizin Çerçilli ola bilər Estoniya XİN rəhbəri

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Ukraynaya NATO-da tamhüquqlu üzvlük və ya Qərbdən buna ekvivalent olan təhlükəsizlik zəmanətləri verilməlidir..."

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada münaqişəyə son qoymağa, həyati qabiliyyətli və uzummüddətli sazişə nail ola bilsə, zəmanəmizin Çerçilli ola bilər.

Moderator.az xəbər verir ki, bu barədə Estoniya xarici işlər naziri Marqus Tsaxkna bəyan edib. Məlumatı Böyük Britaniyanın "The Telegraph" nəşri yayıb.

Diplomatın fikrincə, bunun üçün Ukraynanı silahla daha çox təmin etmək gərəkdir. "Əgər biz müharibənin hələ birinci ilində Ukraynaya kifayət qədər hərbi yardım göstərsəydik, Putinlə işi çoxdan bitirərdik", - o, vurğulayıb.

Nazir ümid etdiyini bildirib ki, Tramp uzunmüddətli atəşkəsi təmin edə biləcək, lakin xəbərdarlıq edib ki, ABŞ-ın yeni prezidenti Ukraynaya "dəmir beton" kimi möhkəm təhlükəsizlik zəmanətləri verməli olacaq.

"Prezident Trampın sözün həqiqi mənasında zəmanəmizin Çerçilli olmaq imkanı var. Mən təkcə Rusiyanın təcavüzünü nəzərdə tutmuram, məsələ həm də beynəlxalq qaydaların necə olacağındadır", - o, bəyan edib.

"Əgər Putin özünün və ya başqa birisinin sərhədləri zorla dəyişdirmək və daima təcavüz etmək, buna görə heç bir gerçək məsuliyyət daşımamaq qabiliyyətində olduğunu iddia edə biləcəksə, belə yanaşma Avropaya zərər vura, həmçinin ABŞ-ın mövqelərini zəiflədə bilər".

Eston diplomatının fikrincə, onun ölkəsinin "dəqiq fikri" ondan ibarətdir ki, Ukraynaya "NATO-da tamhüquqlu üzvlük" və ya Qərbdən buna ekvivalent olan təhlükəsizlik zəmanətləri verilməlidir".

O, qeyd edib ki, 2015-ci ilin Minsk razılaşmaları uzunmüddətli sülhə gətirib çıxarmayıb və Putini dayandırmayıb. Onun sözlərinə görə, Rusiya diktatoru Ukraynanın bütün ərazisinə siyasi və ya hərbi vasitələrlə nəzarət etməyə mübtəla olub.

Əgər Putin bu müharibədə qalib gələrsə, onun növbəti hədəfi Baltikyanı ölkələrdən biri, məsələn, Estoniya olacaq. Beləlklə, Putin NATO-nun "qırmızı xətlərini" sınaqdan keçirməyə cəhd edəcək, o, qeyd edib.

Estoniya XİN rəhbəri qarşıdakı atəşkəslə 1938-ci il Münhen Konfransında Adolf Hitleri "sakitləşdirmək" siyasəti arasında qorxunc müqayisə aparıb.

O zaman Böyük Britaniya, Fransa və İtaliya Hitleri "sakitlışdirmək" və onu Avropada yeni əraziləri zəbt etməyə "şirnikləndirmək" siyasəti nəticəsində Çexoslovakiyanın Sudet vilayətini ilhaq etməyə imkan verdilər. Lakin bu müqavilə Hitlerə bir qədər də güc verdi, növbəti ildə alman tankları Polşaya daxil oldu və ikinci dünya savaşı başladı, o, xəbərdarlıq edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Dekabr 2024 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see237

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see208

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see207

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see179

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see171

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see167

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see155

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see148

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see148

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see146

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see146

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see138

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri