Icma.az
close
up
RU
Zəngəzur dəhlizi: 2025 ci ilin tarixi uğuru

Zəngəzur dəhlizi: 2025 ci ilin tarixi uğuru

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Birinci və İkinci Vətən müharibələrini birləşdirən 30 illik zaman kəsiyində də, Zəfərdən sonrakl beş il ərzində də dövlətin qarşısındakı ən mühüm prioritet Bakı-Naxçıvan dəmiryolunun bərpası, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan Muxtar Respublikası ilə paytaxt Bakı və Azərbaycanın rayonları arasında əlaqələrin bərpası, Naxçıvanı uzun illərdən bəri düşdüyü blokada vəziyyətindən çıxarmaq olub. Bunun üçün illərdir, çətin və mürəkkəb şəraitdə işlər davam etdirilir, lakin təəssüf ki, erməni lobbisinin uzun qolu, ermənipərəst ünsürlərin mövqeyi məsələnin həllini uzadır, qarşısına maneə qoyurdu.

Zəfərdən sonra Azərbaycan və Rusiya Prezidentləri və Ertmənistann Baş nazirinin imzaladıqları üçtərəfli Bəyannamənin 9-cu bəndi də dövlətimizin başçısının şəxsi təşəbbüsü və israrı ilə Bəyannaməyə salınmışdı. Bu bənd Naxçıvanın blokada vəziyyəti və bu vəziyyətin aradan qaldırılması üçün quru yolun açılması ilə bağlı idi. Təəssüf ki, Ermənistan həmişəki kimi verdiyi vədlərə xilaf çıxdı və 9-cu bəndin reallaşması üçün heç bir tədbir görmədi, üzərinə düşən öhdəlikdən boyun qaçırdı.

Dövlətimizin başçısı isə qarşısına qoyduğu məqsədə çatmağı heç vaxt bir yolda görməyib. Necə ki, torpaqların işğaldan azad edilməsi üçün illərlə ən mötəbər kürsülərdən çağırış etdi, məsələnin sülh yolu ilə həll olunmasına çalışdı, bu, olmasa, hərbi yola əl atılacağını bəyat etdi və sonda dediyi kimi də etdi, eləcə də Zəngəzur dəhlizinin açılması məsələsində də eyni mövqedə oldu. Region üçün gözəl bir coğrafi xəritə hazırladı. Bu dəhlizin açılması ilə bütün regionun bəhrələnəcəyini, hətta Ermənistana da öz iqtisadi imkanlarını genişləndirmək imkanının yaradılacağını bildirdi. Lakin Ermənistana ağıl verənlər ağılsızlığından istifadə edib onu bu öhdəlikdən boyun qaçırmağa vadar etdilər.

Dövlətimizin başçısının qarşısına qoyduğu məqsədin həllinin bu, deyilsə, digər alternativ yolları axtarıb bir gün reallaşdıracağına əmin idik. Necə ki, 2020-ci ildə Qarabağ Zəfərindən sonra ölkəmizdə bəzi ünsürlərin dilindən düşməyən “Bəs Xankəndi, Xocalı, Xocavənd, Ağdərə hanı?” kimi “şüarla” insanların yaşadığı Zəfər sevincinə kədər qatmaq, ümumi rəyi zədələmək istəklərini 2023-cü ilin 19-20 senytabrında birgünlük lokal xarakterli antiterror əməliyyatı ilə ürəklərində qoydu, siyasi savadsızlıqlarını başlarına çırpdı, əmin idik ki, Zəngəzur dəhlizi ilə bağlı da nələrsə düşünür, həlli yollarını axtarır.

Ötən il avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzaladılar. Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəanın yer alması sevindirici olmaqla bərabər, həm də dövlət başçısının dəhlizlə bağlı alternativ yolu tapdığının bəyanı idi.

Bu Bəyannamə dövlətimizin başçısının son beş ildə Zəngəzur dəhlizinin açılması-Naxçıvanın aid olduğu ölkə ilə quru yolunun bərpa olunması istiqamətində yorulmaz fəaliyyətinin uğurlu nəticəsi idi. Baxmayaraq ki, bu yolda da olmazın maneələri ilə qarşılaşdıq.

Prezident İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə verdiyi müsahibədə bu maneələr barədə ətraflı danışmışdı: O ki qaldı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinə, bilirsiniz ki, bu mövzu ətrafında biz son beş ildə nə qədər şayiələr, nə qədər təxribatlar ilə üzləşmişik. Müxtəlif ölkələrin rəhbərləri Azərbaycanın guya ermənilərə hücum etməyi planlaşdırdığı barədə şayiələr yayırdılar, ölkəmizin bu ərazini guya güc yolu ilə ələ keçirməyi planlaşdırdığını deyirdilər. Bunun yalan məlumat olduğu barədə bütün cavablarımız nəticə vermirdi, çünki bu yanlış təsəvvür Vaşinqton da daxil olmaqla, artıq yaranmışdı. Bu azərbaycanofobiyanın hərəkətverici qüvvəsi Bayden administrasiyası idi və biz bunu dəqiq bilirik. Çünki bir çox hallarda avropalı tərəfdaşlarımızla söhbətlərdə onlar bizə bu məlumatın Baydenin komandasından gəldiyini deyirdilər. Onlar Azərbaycanın guya aqressiv niyyətləri barədə qəsdən şayiələr yayırdılar. Hətta Prezident Trampın administrasiyasının ilk aylarında bəzi dövlət qurumlarında köhnə komandanın hələ də çalışan nümayəndələrindən gələn belə yalanlar olub. Onların fəaliyyətinə əsas təsiri Azərbaycana nifrət edən “Human Rights Watch”, “Freedom House” kimi QHT-lər və ya USAID, “Azadlıq” radiosu göstərib. Bilirsiniz ki, Prezident Tramp dünyanı USAID adlanan bu fəlakətdən məharətlə xilas etdi. Beləliklə, bu, bizim üçün bu məlumatların yanlış olduğunu izah etmək bir növ çağırış idi. Ona görə də izah etməli idik ki, bizim belə bir niyyətimiz yoxdur.

Dövlət başçısı həm də görüşün uğurlu nəticəsi olaraq Prezident Trampın şahidliyi ilə Ermənistanın Baş nazirinin şəxsən imzaladığı birgə bəyannamədə Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz keçidlə bağlı mövqeyimizi dəqiq əks etdirən müddəada gördüyünü vurğulayırdı: Sənəddə bu, Ermənistanın suverenliynə hörmət prinsipi ilə qeyd olunub. Beləliklə, biz istəyirdik ki, Azərbaycanın bir hissəsindən digər hissəsinə maneəsiz giriş əldə edək. Yeri gəlmişkən, bu, həm də Ermənistanın 2020-ci il noyabrın 10-da imza atdığı öhdəlik idi, lakin beş il ərzində heç bir irəliləyiş olmamışdı. Ərazidə heç bir iş aparılmırdı. Bu illər ərzində biz dəmir yolunu az qala Ermənistan sərhədinə çatdırmışıq. Təxminən bir ildən az vaxt lazımdır, sürətlə işləsək, bəlkə də altı aya onu tamamilə Ermənistan sərhədinə çatdırarıq.

Bax, qürur duyduğumuz bütün bu işlərin fonunda 2025-ci il Zəngəzur dəhlizinin həlli ili kimi tariximizin parlaq bir səhifəsinə çevrildi. Dövlət başçısı yanvarın 5-də yerli yeleviziya kanallarına verdiyi müsahibə zamanı da bu barədə fikirlərini bildirdi: “…Təbii ki, uzun illər arzuladığımız Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılması da məhz həmin gün reallaşdı. Yəni Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir. Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı. Əlbəttə, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, imzaladığımız birgə Bəyannamə təbii ki, göz önündədir. Prezident Tramp şahid qismində bu Bəyannaməyə öz imzasını atdı.

Beləliklə, 2025-ci ilin uğuru olan Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan bu dəhlizin əhatə edəcəyi dünya dövlətlərinə səfərlər, muxtar respublikanın 35 ildən artıq blokadasının yarılması, iqtisadi vəziyytinin çiçəklənməsi, ümumilikdə isə ölkəmizin bu dəhliz vasitəsilə beynəlxalq nüfuzunun daha da artacağı günlər uzaqda deyil...

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Yanvar 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see329

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see299

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see286

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see283

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see274

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see253

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see241

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see237

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see229

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see207

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see206

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see199

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see198

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see197

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see195

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see192

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see190

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see186

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri