Icma.az
close
up
RU
ABŞ Azərbaycan münasibətləri, 907 ci düzəliş və Zəngəzur dəhlizi: 2025 ci ilin tarixi nəticələri TƏHLİL

ABŞ Azərbaycan münasibətləri, 907 ci düzəliş və Zəngəzur dəhlizi: 2025 ci ilin tarixi nəticələri TƏHLİL

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

2025-ci il Azərbaycanın xarici siyasətində ən uğurlu mərhələlərdən biri kimi tarixə düşdü. Bir tərəfdən Azərbaycan-Ermənistan danışıqları nəticəsində müharibədən sülhə keçid nəhayət baş tutdu, digər tərəfdən Azərbaycanın həm regional, həm qlobal müstəvidə əlaqələri daha da dərinləşdi. Bu kontekstdə ən mühüm hadisə ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanması idi. 
Donald Trampın Ağ Evə qayıdışı Bayden Administrasiyasının xarici siyasətdə bir çox yanlışının, o cümlədən, Azərbaycanla münasibətlərdəki səhvlərinin aradan qalxması gözləntisi yaratdı. Çünki Baydenin Administrasiyasının ABŞ-dak erməni diasporu/lobbisinin təsiri ilə Cənubi Qafqazda Ermənistan vektorlu siyasəti regionun lider ölkəsi olan Azərbaycanla münasibətləri təhlükə altına atmışdı və burada əsas itirən tərəf bölgədəki maraqları təhlükə altına düşən Vaşinqton idi. Trampın ilk düzəltdiyi yanlışlardan biri məhz bu oldu. 
Tramp sələfindən fərqli olaraq, Cənubi Qafqazda balanslı siyasət tətbiq etdi və İkinci Qarabağ müharibəsinin qalibi olan Azərbaycanın yaratdığı yeni reallıqdan çıxış etdi. 8 avqust 2025-ci il tarixində Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda Trampın şahidliyi ilə sülh sazişini paraflaması, əldə etdikləri razılaşmalar bunun real nümunəsi idi. Vaşinqton görüşü təkcə Cənubi Qafqazda müharibədən sülh dövrünə keçidi təmin etmədi, həm də Bakı-Vaşinqton münasibətlərində yeni səhifə açdı.
Prezident İlham Əliyevin Trampın dəvəti ilə Vaşinqtona səfəri ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinin başlanğıcı idi. Görüş zamanı Prezident İlham Əliyev və Prezident Donald Tramp ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupun yaradılmasına dair Memorandum imzaladı. “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” adlanan sənəd ikitərəfli münasibətlər üçün yeni “yol xəritəsi” hesab oluna bilər.
Sənəd enerji, ticarət və tranzitin də daxil olduğu regional bağlantılar, süni intelekt və rəqəmsal infrasturukturun da daxil olduğu iqtisadi sərmayə, müdafiə sahəsində satış, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın da daxil olduğu təhlükəsizlik sahəsində əməkdaşlıq kimi çox geniş məsələləri əhatə edir. 
Prezident İlham Əliyev də yerli telekanallara müsahibəsində 2025-ci ili Azərbaycan-ABŞ münasibətlərində uğurlu dövr kimi qiymətləndirib.

“Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi il sayıla bilər. Çünki sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş, necə deyərlər, fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə lazımi səviyyədə münasibətlər qura bilməmişdi - Amerikadakı anti-Azərbaycan qüvvələrin fəaliyyəti, erməni lobbisinin fəaliyyəti nəticəsində. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq mövcud məhdudiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər qurulsun. Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir, Prezident başda olmaq şərti ilə. Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də önəmlidir. Bizim üçün də. Ona görə bu nöqteyi-nəzərdən keçən il də dönüş ili sayıla bilər. Ağ Evdə Prezident Tramp mənim orada iştirakımla keçirilən mərasimdə 907-ci düzəlişə son qoydu, bunu aradan qaldırdı. Halbuki hələ Konqres bunu rəsmən aradan qaldırmalıdır. Amma xüsusilə mənim iştirakımla Prezident tərəfindən atılan bu addım, təbii ki, rəmzi məna daşıyır. Bundan başqa, Amerika ilə Azərbaycan arasında strateji işçi qrupunun yaradılması sənədi imzalanmışdır. Bu işçi qrupunun əsas fəaliyyəti strateji tərəfdaşlıq xartiyasını hazırlamaqdır və artıq bu istiqamətdə də fəal iş başlamışdır”, - dövlət başçısı vurğulayıb.
Dövlət başçısının Vaşinqton səfərində ən mühüm məqamlardan biri Prezident Trampın məlum 907-ci düzəlişin tətbiqini dayandıran sərəncam imzalaması idi. 1992-ci ilin oktyabrında ABŞ Konqresi tərəfindən qəbul edilən 907-ci düzəliş Azərbaycana birbaşa dövlət yardımını qadağan edib. Düzəlişin qəbulunda həmin vaxt Konqresdə təmsil olunan Con Kerri, Veyn Ovens və Cozef Bayden fəal rol oynayıblar. 2002–ci ildən etibarən müvəqqəti dondurulan düzəliş Bayden administrasiyası dövründə yenidən tətbiq olunub.

Prezident İlham Əliyev müsahibəsində Bayden Administrasiyası dövründə 907-ci düzəlişin yenidən tətbiq olunmasının səbəblərini izah edib: “11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerika Prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı və bu, 2024-cü ilə qədər davam edirdi. Çünki Əfqanıstandakı əməliyyatlarda Azərbaycan Amerikaya lazım idi, həm nəqliyyat, logistika, həm də digər məsələlərlə əlaqədar. Ancaq əfsuslar olsun ki, Amerikanın Əfqanıstandakı missiyası başa çatandan sonra, - hamımız onu xatırlayırıq necə başa çatıb, bu, Bayden-Blinken administrasiyasının növbəti rəzaləti sayıla bilər, onların Əfqanıstandan belə xaotik qaçışı və öz yaxın müttəfiqlərini orada faktiki olaraq, taleyin ümidinə buraxması, - Bayden administrasiyası bu düzəlişin aradan qaldırılmasını dayandırdı. Yəni artıq Azərbaycan onlara lazım deyildi, Əfqanıstandakı missiya başa çatmışdı və beləliklə, bu düzəliş yenidən tətbiq edilmişdi. 
Əlbəttə, bunun bizim iqtisadi inkişafımıza heç bir təsiri yoxdur və ola da bilməz. Ancaq bu, Bayden-Blinken administrasiyasının nə qədər naşükür və nankor olmasını bir daha göstərir. O vaxt administrasiyanın yüksəkvəzifəli şəxsləri ilə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq. Amma onda bizim qapımızı döyməyin. Əgər o administrasiya və onun nümayəndələri bu gün hakimiyyətdə qalsaydı, biz onların bir xahişini də yerinə yetirməyəcəkdik”.
Dövlət başısı qeyd edib ki, Tramp administrasiyası hakimiyyətə gəldikdən sonra vəziyyət tamamilə dəyişdi.
“Təbii ki, qeyd etdiyim kimi, indi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxmışdır və əlbəttə, biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq. Çünki nə o vaxt blokada var idi, nə bu gün blokada var. Əksinə, bu gün Azərbaycan ərazisindən Ermənistana müxtəlif yerlərdən yüklər gedir, yollar açıldı və hətta Azərbaycanın neft məhsulları Ermənistana ixrac edilir. Hansı blokadadan söhbət gedə bilər?!
Əgər 907-ci düzəlişin formal səbəbi blokada idisə, bu yoxdur bu gün. Ona görə əlbəttə, biz gözləyirik ki, Tramp administrasiyası öz imkanlarından istifadə edərək Konqres üzvlərini, xüsusilə Respublikaçılar partiyasının üzvlərini inandıra biləcək ki, bu düzəliş tamamilə aradan qaldırılmalıdır və buna ümid etmək üçün bizim kifayət qədər səbəblərimiz var. Bu gün bu, yenə də simvolik xarakter daşısa da, necə deyərlər, masanı tamamilə keçmişin bu qalıqlarından təmizləmək üçün Konqres bunu birdəfəlik ləğv etməlidir”, - Prezident bildirib.

ABŞ-Azərbaycan münasibətlərinin mövcud vəziyyəti və strateji perspektivlər 907-ci düzəlişin birdəfəlik ləğv edilməsi zərurərini yaradıb. Artıq Ermənistan-Azərbaycan münaqişəsi başa çatıb, ABŞ-Azərbaycan münasibətlərində yeni reallıqlar yaranıb. Rəsmi Bakı Tramp Administrasiyasından ikitərəfli münasibətlərin perspektivlərinə və Cənubi Qafqazdakı sülh dövrünə qarşı olan bu düzəlişin ləğv edilməsi istiqamətində əməli addımlar gözləyir.
Azərbaycanın Naxçıvana maneəsiz keçidini təmin edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRİPP” (Zəngəzur dəhlizi) layihəsi ilə bağlı razılaşma da Vaşinqton Sammitinin mühüm nəticələrindən idi. Bu, Prezident İlham Əliyev tərəfindən irəli sürülən Zəngəzur dəhlizi layihəsinin fərqli adla meydana gəlməsidir, lakin mahiyyəti eynidi və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında heç bir maneə olmadan əlaqənin yaradılmasını özündə ehtiva edir. Vaşinqtonda əldə olunan razılaşma ilə Zəngəzur dəhlizinin açılması rəsmiləşdi. 
Prezident İlham Əliyev də bildirib ki, Zəngəzur dəhlizinin açılması ABŞ Prezidenti tərəfindən təsdiqləndi.

“Uzun illər arzuladığımız Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasındakı coğrafi bağlantının yaradılması da məhz həmin gün reallaşdı. Yəni Zəngəzur dəhlizinin açılması artıq Amerika Prezidenti tərəfindən də təsdiqlənmişdir. Artıq mən də əminəm, Azərbaycan vətəndaşlarında şübhə yoxdur ki, Zəngəzur dəhlizi açılacaq. Onun adı fərqli ola bilər, amma mahiyyət dəyişmir. Beləliklə, bizə Ermənistanla normallaşma prosesi çərçivəsində lazım olan bütün məsələlər istədiyimiz kimi öz həllini tapdı. 
Əlbəttə, Ermənistanla Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyəti, imzaladığımız birgə Bəyannamə təbii ki, göz önündədir. Prezident Tramp şahid qismində bu Bəyannaməyə öz imzasını atdı. Bütün bunlar və digər önəmli hadisələr dediyiniz məsələyə bəlkə də daha geniş prizmadan aydınlıq gətirir”, - dövlət başçısı vurğulayıb.
Hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı proses praktiki müstəvidə davam edir. Dəhliz layihəsinin Azərbaycan ərazisində olan əsas hissəsi tikilib. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 96 faizi tamamlanıb və 2026-cı ilin birinci yarısında istifadəyə veriləcək, Ağbənd körpüsündə işlər 95 faiz səviyyəsindədir. Horadiz-Ağbənd dəmir yolu xəttində layihələndirmə 85 faiz, tikinti 69 faiz icra olunub. 
Naxçıvan istiqamətində 188 kilometrlik dəmiryolu ilə körpülər, tunellər və viyaduktlar yenidən qurulacaq, illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq. Dəhlizin Ermənistan hissəsində tikinti işlərinin 2026-cı ilin ikinci yarısında başlanması gözlənilir. Zəngəzur dəhlizinin tam açılması 2028-ci ilə planlaşdırılır. Dəmir və avtomobil yolları, körpülər və digər infrastruktur layihələri sürətlə həyata keçirilir, layihənin yükötürmə qabiliyyəti 15 milyon tona çatacaq və həm regional, həm də beynəlxalq nəqliyyat marşrutlarını birləşdirəcək. Dəhliz həm Azərbaycanın, həm də Ermənistanın iqtisadi faydasına xidmət edəcək.
Bütün bu nəticələr – ABŞ-Azərbaycan münasibətlərində yeni səhifənin açılması, 907-ci düzəlişin tətbiqinin Tramp tərəfindən dayandırılması, ümumiyyətlə bu düzəlişin tamamilə ləğv edilməsi ilə bağlı yaranmış perspektivlər, Azərbaycan və Ermənistanın Vaşinqtonda sülh sazişini paraflaması və Zəngəzur dəhlizinin açılmasının rəsmiləşməsi 2025-ci ilin tarixi dövr olduğunu deməyə əsas verir.
Vaqif Hüseynli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 08 Yanvar 2026 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri