Icma.az
close
up
RU
“Zəngəzur dəhlizi bölgədəki geoiqtisadi balans üçün əlavə üstünlüklər yaradır”

“Zəngəzur dəhlizi bölgədəki geoiqtisadi balans üçün əlavə üstünlüklər yaradır”

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fazil Mustafa:

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa ölkə başçısının Əl-Ərəbiyyə televiziya kanalına verdiyi müsahibə barədə təəssüratlarını bölüşüb.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə qlobal və regional əhəmiyyətli geosiyasi proseslərə münasibətə dair mesajlarla zəngin idi.

Millət vəkili qeyd edib ki, müsahibədə Azərbaycanın bütün dövlətlərin suverenliyini və ərazi bütövlüyünü birmənalı dəstəkləməsi, hər şeydən əvvəl beynəlxalq hüququn tələblərinə bağlılığımızdan və uzun illər işğalın dağıdıcı ağırlığını öz üzərində hiss etmiş dövlət olmağımızdan qaynaqlanır. Hazırda ərazi bütövlüyü pozulmuş və həmin təhdidlə üz-üzə qalmış Ukraynanın, Suriyanın, eləcə də beynəlxalq hüququn subyekti olan istənilən ölkənin suverenliyinə hörmət etməsi, eləcə də ekstremizmə, separatizmə, radikal millətçiliyə qarşı barışmaz mövqe nümayiş etdirməsi Azərbaycanın götürdüyü öhdəliklərə, dostluq və əməkdaşlıq prinsiplərinə dəyişməz və sadiq münasibətinin nəticəsidir.

Deputat bildirib ki, Vaşinqtonda 2025-ci ilin avqustunda paraflanmış sənəd Ermənistan və Azərbaycan arasında münaqişənin bitdiyini göstərən tarixi bir mərhələdir. Prezidentin açıqlamasından göründüyü kimi, bu sənəd Azərbaycanın sülhə olan iradəsini və aktiv diplomatiyasını təsdiqləyir. Hətta sənədin tam təsdiqi Ermənistanın konstitusiya dəyişikliklərinə bağlı olsa da, faktiki olaraq bölgədə sülh və əməkdaşlıq üçün yeni dövr başlanıb. Yekun sülh sazişinin imzalanması, şübhəsiz ki, qüvvədə olan Ermənistan Konstitusiyasının mətnində Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müddəaların aradan qaldırlmasından sonra mümkün olacaq.

Ölkə başçısı eyni zamanda bu sazişə əməl etmənin yeganə çıxış yolu olduğu barədə erməni cəmiyyətinə xəbərdarlıq etməyi də unutmayıb:

“Vaşinqtonda imzalanan sənədi şübhə altına qoyarsa, Ermənistan ciddi çətinliklərlə üzləşəcək. Çünki regiondakı güc balansı hər baxımdan tamamilə bizim xeyrimizədir. Düşünürəm ki, bu, hər kəsə aydındır. Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik”.

Millət vəkili qeyd edib ki, müsahibədə diqqəti cəlb edən məqamlardan biri budur ki, Prezident çıxışında həm İran, həm də Ermənistan istiqamətində potensial nəqliyyat xətlərini şərh etməklə, Azərbaycanın hər iki istiqamətdə çevik alternativlərə sahib olduğunu nümayiş etdirdi. Bu Zəngəzur dəhlizinin bölgədəki geoiqtisadi balans üçün əlavə üstünlüklər yaratdığını göstərir.

Bu dəhliz təkcə Şərq-Qərb marşrutu deyil, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizinin mühüm tamamlayıcı qolu kimi çıxış edəcək. Ölkə başçısının qeyd etdiyi kimi Zəngəzur dəhlizi İranda mövcud olan Şimal dəhlizinə dəstək olacaq. Hazırda İranda təxminən 150 km-lik yol çəkilmədiyindən Şimalla Cənub arasındakı əlaqəni qurmaq mümkün olmur. Bu əlaqə Zəngəzur vasitəsilə qurula bilər:

”Həmin yol Şimali Avropadan Rusiyaya, Azərbaycana, sonra Azərbaycandan Zəngəzura gedə, Naxçıvana daxil ola, - və oradan isə bizim İranla dəmir yolu əlaqəmiz var, - və onunla Fars körfəzinə çıxmaq olar. Deməli, əslində, Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq”.

Milli Məclisin komitə sədri ölkə başçısının müsahibəsində Azərbaycan Xalq Cümhuriyyətinin xarici müdaxilə nəticəsində fəaliyyətinə son qoylması ilə bağlı səsləndirdirilən fikrilərə diqqəti cəlb edərək bildirdi ki, Prezident 1917-ci ildə Rusiya imperiyasının süqutundan sonra, 1918-ci ilin mayında müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını vurğulayıb:

AXC “1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu – həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi. Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi”.

Prezident Naxçıvanın ölkənin əsas hissəsindən ayrı düşməsinin tarixi faktlara söykənən səbəbini açıqlayaraq, Zəngəzurun məhz sovet Rusiyası hökumətinin qərarı ilə Azərbaycandan alınıb Ermənistana verilməsinə dair tarixi arayışı da diqqətə çatdırdı:

“Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru – bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı”.

Müsahibədə Zəngəzur dəhlizindən istifadə edəcək Azərbaycan vətəndaşları üçün maneəsiz və təhlüksəz keçidin vaciblyini bir daha vurğulanıb: “Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və təhlükəsiz olmalıdır, yəni, Azərbaycan vətəndaşları bu 40 kilometrdən çox məsafəni təhlükəsiz keçə bilməlidirlər, güclü təhlükəsizlik zəmanətləri olmalıdır. Beynəlxalq təhlükəsizlik zəmanətləri təmin edilməlidir”.

Dövlət başçısı müsahibəsində 2023-cü ilin dekabr ayında baş vermiş təyyarə qəzasından bu günədək böhran içərisində olan Azərbaycan–Rusiya münasibətlərinə toxunaraq, Rusiya ilə münasibətlərin korlanmasına görə məsuliyyətin Azərbaycan tərəfininin üzərində olmadığını bir daha bəyan edib.

Müsahibədə səslənən fikirlər, əslində Rusiya rəhbərliyinə ünvanlanan mesaj idi. Cəmiyyətimiz də haqlı olaraq proseslərin məntiqi davamı kimi yaranmış vəziyyətə dair Rusiyanın rəsmi mövqeyinin açıqlanmasını gözləyir. Münasibətlərdə böhran və gərginliyin davam etməsi, yoxsa, bərabərhüquqlu qonşuluq münasibətlərinə əsaslanan əməkdaşlıq mühitinin bərqərar olması Rusiya rəhbərliyinin aydın, birmənalı mövqe bildirməsindən asılı olacaq. Azərbaycanın haqlı tələbləri də yerindədir. Bu mülki təyyarəmizin vurulmasına görə Rusiyanın məsuliyyəti üzərinə götürməsi və hadisədən irəli gələn öhdəliklərə əməl etməsidir.
Əlavə fəsadların yaranmasına imkan vermədən hər iki ölkənin və bütövlükdə regionun faydasına olacaq qarşılıqlı etimad mühitinin bərpa edilməsinə səy göstərilməli və böhranın dərinləşməsinə imkan verilməməlidir. Bunun üçün ilk addım atacaq tərəf də Rusiya olmalıdır.

Dövlət başçısının çıxışında “üzv ölkələrində siyasi sabitlik, bir-biri arasında dost münasibətlər mövcud olan və böyük potensiala malik nadir təşkilat” adlandırdığı Türk Dövlətləri Təşkilatına xüsusi önəm verib və gələcəkdə qarşıda duran vəzifələrdən danışıb:

“Bizim fikrimiz Türk Dövlətləri Təşkilatını beynəlxalq arenada rol oynaya bilən, təkcə daxili məsələlərlə məşğul olmayan qlobal oyunçuya çevrilməkdən ibarətdir ki, həm də beynəlxalq arenada sabitləşdirici, müsbət rol oynasın və qonşular üçün imkanlar yaratsın. Bununla da biz belə bir nəhəng coğrafiyada heç kimə təhlükə törətməyən, lakin çoxları üçün fürsət hesab edilən güclü birlik qura biləcəyimizi nümayiş etdirək".

Sonda Millət vəkili qeyd etdi ki, “Əl-Ərəbiyyə” televiziya kanalına dövlət başçısının müsahibəsi regional və qlobal proseslərlə bağlı ölkəmizin rəsmi mövqeyini dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb etməklə yanaşı, gələcəyə yönəlik strateji hədəflər, həm də mövcud reallıqlar fonunda Azərbaycanın prinsipial mövqeyini özündə əks etdirir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 31 Avqust 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see322

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see230

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see210

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see209

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see195

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see167

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see157

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see137

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see136

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see136

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see135

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see135

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see134

Vüqar Tofiqoğlunun 14.10.2025 ci il saat 16:00 da olan buraxılışı

14 Oktyabr 2025 18:39see132

Britaniya G7 ölkələri arasında ikinci ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olacaq

14 Oktyabr 2025 21:44see131

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see128

Trampla Si Cinpinin görüş vaxtı artıq təyin olunub ABŞ rəsmisi

15 Oktyabr 2025 01:01see128

Burak mənfi 3 dərəcədə çəkiliş etdi

14 Oktyabr 2025 20:00see127

“Qarabağ”dan getmək üçün hərəkətə keçdi

14 Oktyabr 2025 20:15see127

Ukraynada dronlara qarşı müdafiə üçün helikopter qrupları yaradılacaq

14 Oktyabr 2025 03:21see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri