Icma.az
close
up
RU
Zəngəzur dəhlizi (Tramp yolu / TRİPP) region üçün strateji üstünlüklər yarada bilər POLİTOLOQ ŞƏRH ETDİ

Zəngəzur dəhlizi (Tramp yolu / TRİPP) region üçün strateji üstünlüklər yarada bilər POLİTOLOQ ŞƏRH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Zəngəzur dəhlizi (Tramp yolu / TRİPP) layihəsinin reallaşması, təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region ölkələri üçün ciddi strateji üstünlüklər yarada bilər. Əvvəla, bu dəhliz Cənubi Qafqazın nəqliyyat xəritəsini dəyişdirəcək, regionun Avropa ilə Asiya arasında mühüm logistika qovşağına çevrilməsinə imkan verəcək". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün bu, həm tranzit gəlirlərinin artması, həm də beynəlxalq ticarət şəbəkələrində mövqelərin güclənməsi deməkdir: "Ermənistan üçün isə dəhlizin açılması iqtisadi blokadadan çıxmaq, yeni ticarət bazarlarına çıxış əldə etmək və iqtisadiyyatını şaxələndirmək üçün tarixi bir fürsətdir. Bu, həm də iki ölkə arasında etimad mühitinin yaranmasına və uzunmüddətli sülh prosesinə töhfə verə bilər. Region ölkələri – xüsusilə Türkiyə, İran, Gürcüstan və Mərkəzi Asiya dövlətləri üçün də Zəngəzur dəhlizi (Tramp yolu / TRİPP) mühüm əhəmiyyət daşıyır. Bu marşrut onların Avropa bazarlarına daha qısa və təhlükəsiz yolla çıxışını təmin edəcək. Eyni zamanda, layihə beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətini artıracaq və bölgədə iqtisadi inteqrasiyanı gücləndirəcək. Geosiyasi baxımdan isə bu dəhlizin açılması Cənubi Qafqazda sabitliyin möhkəmlənməsinə, xarici güclərin təsirinin azalmasına və regional əməkdaşlıq platformalarının güclənməsinə səbəb ola bilər. Bu mənada, Zəngəzur dəhlizi (Tramp yolu / TRİPP) təkcə iqtisadi deyil, həm də siyasi baxımdan strateji əhəmiyyət daşıyan bir layihədir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Avqust 2025 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri