Icma.az
close
up
RU
“Zəngəzur dəhlizi hansı imkanlara malikdir?” Deputat açıqladı

“Zəngəzur dəhlizi hansı imkanlara malikdir?” Deputat açıqladı

Operativ MM portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət başçılarının Vaşinqtonda keçirdiyi görüşdə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun açılmasını təsdiq etdilər. Əslində bu marşrut Azərbaycanın tələb etdiyi Zəngəzur dəhlizidir. Tələbimiz Naxçıvanla maneəsiz keçidin açılması idi. Tramp marşrutunda bu məsələ öz əksini tapır.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Vaşinqtonda keçirilən üçtərəfli görüş haqqında danışarkən bildirdi.

" "Tramp yolu" həm də beynəlxalq logistik dəhliz olacaqdır. İlkin hesablamalara görə, birinci mərhələdə bu dəhliz vasitəsilə 15 milyon tondan çox yüklərin daşınması nəzərdə tutulur. "Tramp yolu" böyük bir coğrafiya arasında ticari-iqtisadi əlaqələrin genişlənməsinə yeni imkanlar açacaq. Belə ki,  bu, ilk növbədə Çindən Avropaya qədər uzanan Orta dəhlizin genişlənməsinə yol açacaqdır. Yəni, "Tramp yolu" Qərb-Şərq nəqliyyat dəhlizinin tərkib hissəsi olacaqdır".

Deputat qeyd etdi ki, bu marşrutun açılmasından regionun bütün ölkələri qazanc götürəcək.

''İlk növbədə, Ermənistanın dünyaya qapıları, İranın isə Şərq-Qərb nəqliyyat dəhlizinə çıxışı açılacaq. Fars körfəzindən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə yeni və daha rahat çıxışları meydana gələcəkdir. Rusiyanın Türkiyəyə Azərbaycan üzərindən quru yolu açılacaq. ''Tramp marşrutu'' təkcə nəqliyyat daşımaları ilə kifayətlənməyəcək. Bu marşrut vasitəsilə enerji və rəqəmsal layihələr icra olunacağı planlaşdırılır. Belə ki, Zəngəzur üzərindən yeni beynəlxalq neft-qaz kəmərlərinin və Yaşıl enerji dəhlizi tikintisinin reallaşdırılması üçün imkanlar əmələ gələcəkdir.

Tramp yolu siyasi-iqtisadi baxımından geostrateji layihə olacaqdır. Bu yolun açılmasından bütün tərəflər qazanc götürəcək. Layihənin icrasında ABŞ-nin iştirakı prosesi sürətləndirəcək və yaxın zamanlarda dəhlizin  açılışını reallaşdıracaqdır'',- deyə Azər Badamov vurğuladı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 11 Avqust 2025 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri