Icma.az
close
up
RU
Deputat: Zəngəzur dəhlizi imkanları daha da artıracaq

Deputat: Zəngəzur dəhlizi imkanları daha da artıracaq

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

“Azərbaycan və Qazaxıstan arasında münasibətlər uğurla inkişaf edir”. 

Bu sözləri Ana Vətən Partiyasının sədr müavini, Milli Məclisin deputatı Günay Ağamalı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, rəsmi Bakı və Astana bütün sahələrdə sıx əməkdaşlıq mühiti formalaşdırıb:

“Hər iki ölkə liderinin düşünülmüş strateji yanaşmaları və qarşılıqlı səfərləri əlaqələrimizin daha da dərinləşməsinə zəmin yaradır. Bu mənada, cənab Prezident İlham Əliyevin Astanada mətbuata verdiyi bəyanat və Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışı iki qardaş ölkə arasında olan sarsılmaz bağların ifadəsi idi. 

Qazaxıstanın sürətlə inkişaf etdiyini diqqətə çatdıran ölkə rəhbərimizin qazanılan uğurlarda Prezident Kasım-Jomart Tokayevin rolunu xüsusi olaraq diqqətə çatdırdı. O qeyd etdi ki, bu gün Qazaxıstan bütün dünyada etibarlı tərəfdaşdır, milli maraqları çərçivəsində öz siyasətini həyata keçirən, öz kursu ilə irəliləyən dövlət kimi həm də hər şeydən əvvəl yaxşı dostdur. 

Azərbaycana gəldikdə, xalqımız, ölkəmiz üçün ən ağır dövrlərdə biz həmişə qardaş dəstəyini hiss etmişik, hər zaman bunu görmüşük. İşğal dövründə Qazaxıstan bütün beynəlxalq platformalarda, Azərbaycanın bütün beynəlxalq təşəbbüsləri çərçivəsində həmişə bizi dəstəkləyib, bizimlə həmrəyliyə səs verib və Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun nizamlanmasına kömək edib. Dövlət başçısının sözləri Azərbaycan Qazaxıstan əlaqələrinin dostluq, qardaşlıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulduğunun göstəricidir”. 

Millət vəkili qeyd edib ki, hər iki tərəfin təkcə tarixi köklərlə deyil, eyni zamanda müasir dövrün çağırışlarına birgə cavab vermək iradəsini də nümayiş etdirmələri təsadüfi deyil:

“Bu, müasir beynəlxalq münasibətlər sistemində olduqca əhəmiyyətli bir məqamdır. Avqustun 8-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın moderatorluğu ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşdən və əldə olunan tarixi razılaşmalardan danışan cənab Prezident İlham Əliyev qardaş Qazaxıstanın sülh istiqamətində irəli sürülən təşəbbüsləri dəstəkləməsindən məmnunluğunu ifadə etdi. 

O bildirdi: 

“Mənim Kasım-Jomart Kemeleviç ilə telefon danışığım olub, ona əldə edilən razılaşmaların bütün detalları haqqında məlumat vermişəm və bir daha Azərbaycana qardaş münasibətinin şahidi olmuşam”. Bununla yanaşı, Prezident İlham Əliyev çıxışı zamanı enerji, nəqliyyat-logistika, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın perspektivlərinə xüsusi diqqət çəkdi. Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişaf etdirilməsində maraqlıdır”.

Deputat diqqətə çatdırıb ki, artıq sözügedən istiqamət üzrə yük daşımalarında əhəmiyyətli artım müşahidə edilməkdədir:

“Bu isə hər iki tərəfə Asiya və Avropa arasında körpü rolunu oynamaq imkanı yaradır. Təbii ki, yaxın müddətdə açılacaq Zəngəzur dəhlizi ilə nəqliyyat-logistika imkanları daha da genişlənəcək və şaxələnəcək. Nəticə etibarilə, cənab Prezident İlham Əliyevin Qazaxıstan səfəri münasibətlərimizin yeni müstəviyə keçidinin təsdiqi, onun səsləndirdiyi fikirlər isə qardaşlıq və strateji tərəfdaşlıq ruhunun parlaq ifadəsi idi”.

Elmir Mustafa
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Oktyabr 2025 16:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri