Icma.az
close
up
RU
Zəngəzur dəhlizi hansısa ölkəyə qarşı yönəlməyib DEPUTAT

Zəngəzur dəhlizi hansısa ölkəyə qarşı yönəlməyib DEPUTAT

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

Deputat: “Bu layihə sülhün və sabitliyin, ortaq dəyərlərin, xüsusilə də, iqtisadi maraqların təmin olunması üçün önəmli layihədir”

“Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən iclasda çıxışı zamanı söyləyib. Dövlət başçısı vurğulayıb ki, “Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”.

Bununla da, Azərbaycan lideri bir daha dünyaya Zəngəzur dəhlizinin əhamiyyətini, bu layihənin bölgə və dünya üçün verəcəyi faydaları çatdırmış oldu.  

Mövzu ilə bağlı AYNA.AZ-a danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, birincisi, qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi artıq Zəngəzur dəhlizi barədə proqnozlarla danışmır:

- Azərbaycan real, bölgədə statistikaya əsaslanan konkret rəqəmlər ortaya qoyur. “ŞƏT plyus” formatındakı iclasda cənab Prezidentin çıxışı da reallığa əsaslanır. İlk növbədə, Prezident açıq şəkildə qeyd etdi ki, Azərbaycanın təqdim etdiyi, Azərbaycanın böyük rol oynadığı Orta Dəhlizə maraq artıb. Cənab İlham Əliyev qeyd etmək istədi ki, əgər Gürcüstan üzərindən daşımalarda statistik göstəricilər yüksəkdirsə, Zəngəzur üzərindən daşımalar daha səmərəli,d aha effektiv olacaq ki, bu, artıq sual doğurmur. Təbii ki, biz bir layihəni kənara qoyub digəri ilə məşğul olmayacağıq. Hər bir layihənin birim üçün öz qiyməti var. Cənab Prezident dünya liderlərinə, xüsusilə də Orta Dəhlizdə maraqlı olan dövlətlərə əslində Zəngəzur dəhlizinin mahiyyəti, real imkanları və verə biləcəyi faydası barədə geniş məlumat vermiş oldu.

- Amma məlumdur ki, Zəngəzur dəhlizinə qarşı olan qüvvələr var...

- Təbii ki, dəhlizin əleyhinə olan qüvvələr mövcuddur. Amma bu narahatlıqlar əbəsdir. Biz Zəngəzur dəhlizinə təkcə Naxçıvanla gediş-gəlişin təmin olunması vasitəsi kimi baxmırıq, yaxud da, sadəcə iki ölkəni birləşdirən layihə kimi baxmırıq. Biz Zəngəzur dəhlizinə bölgədə sülh və əmin-amanlığı yarada bilən, bölgə ölkələri arasında əlaqələri gücləndirən, ticarəti inkişaf etdirən layihə kimi baxırıq. Zəngəzur dəhlizi hansısa ölkəyə qarşı yönəlməyib. Bu layihə sülhün və sabitliyin, ortaq dəyərlərin, xüsusilə də, iqtisadi maraqların təmin olunması üçün önəmli layihədir. Hesab edirəm ki, “ŞƏT plyus” formatındakı çıxışında cənab Əliyev bu layihənin geniş təqdimatını verə bildi. Bu gün kimsə Zəngəzur dəhlizi layihəsinə qarşı çıxırsa, cığallıq etməkdən başqa bir şey etmir.

- Rəsmi İrəvan Zəngəzur dəhlizi ilə bağlı reallığı dərk edib və rəsmilər tərəfindən verilən bəyanatlarda bu, sezilir. Ağ Evdə üçtərəfli görüşdə dəhlizlə bağlı imzalanan sənəd də bunu sübut edir. Amma erməni mediasında yenidən dəhlizlə bağlı təxribat xarakterli yazılar yayılmaqdadır...

- Zəngəzur dəhlizi reallığını, onun faydalarını artıq Ermənistan dövləti də anlayır və bu dəhlizə qarşı deyil. Buna qarşı çıxan qüvvələr erməni revanşistlərindən ibarət müxalif qüvvələrdir. Məlumdur ki, erməni müxalifəti hansısa xarici qüvvələrin təsiri altındadır və onların sifarişlərini yerinə yetirirlər. Dəhlizlə bağlı təxribatçı yazılar, anti-dəhliz yazıların yayılması da daha çox Zəngəzur dəhlizinə qarşı olan qüvvələrin sifarişi ilədir. Hesab edirəm ki, Ermənistan cəmiyyəti sülh istəyirsə, inkişaf istəyirsə həmin revanşistlərə yox deməlidir. Sağlam düşüncəli ermənilər varsa, onlar Azərbaycanın təkliflərinin reallıqla səsləşdiriyini anlamalıdırlar. Yenə deyirəm, Zəngəzur dəhlizi sülhə, sabitliyə və inkişafa töhfə verən bir layihədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://ayna.az
archiveBu xəbər 02 Sentyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri