Icma.az
close
up
RU
Zəngəzur dəhlizi: İldə 3 milyard qazanc və üstün mövqe

Zəngəzur dəhlizi: İldə 3 milyard qazanc və üstün mövqe

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Zəngəzur dəhlizinin açılması istiqamətində son proseslər fonunda Naxçıvanın regionun nəqliyyat, logistika və iqtisadi xəritəsindəki rolu yenidən gündəmə gəlir. 

Kommunikasiyaların bərpası Naxçıvanın Azərbaycanla birbaşa quru əlaqələrinin genişlənməsinə, muxtar respublikanın tranzit imkanlarının artmasına və yeni iqtisadi layihələrin reallaşmasına şərait yarada bilər. 

Eyni zamanda, Naxçıvan Sənaye Parkının fəaliyyətə başlaması və regionun enerji, sənaye və logistika potensialının inkişaf etdirilməsi muxtar respublikanın yeni iqtisadi mərhələyə hazırlanmasından xəbər verir. 

Bununla yanaşı, Naxçıvanın tarixi-mədəni irsinin qorunması və turizm potensialının inkişaf etdirilməsi də regionun yeni rolunun mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir. 

Bütün bunlar Naxçıvanın uzun illər blokada şəraitində olan region kimi deyil, nəqliyyat dəhlizlərinin kəsişdiyi, sənaye və logistika imkanları genişlənən strateji məkan kimi formalaşdırılması istiqamətində atılan addımların tərkib hissəsi sayıla bilər. 

Zəngəzur dəhlizinin açılması Naxçıvanın geosiyasi əhəmiyyətini nə dərəcədə artıracaq? Yeni nəqliyyat bağlantıları Azərbaycanın regional tranzit imkanlarına necə təsir göstərəcək? Dəhlizin fəaliyyətə başlaması Azərbaycan iqtisadiyyatına nə qədər gəlir gətirə bilər?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirib ki, Zəngəzur marşrutunun reallaşması Naxçıvanın strateji əhəmiyyətini artıracaq. O qeyd edib ki, Zəngəzur dəhlizi Naxçıvanı mühüm tranzit məkanına çevirə bilər: 

"Şübhə yoxdur ki, Zəngəzur dəhlizinin açılması Naxçıvanın Azərbaycanın ümumi iqtisadi və geosiyasi sistemində rolunu əhəmiyyətli dərəcədə dəyişəcək. Hazırda Naxçıvan Azərbaycan ərazisinin əsas hissəsi ilə birbaşa quru əlaqəsi olmayan, lakin Türkiyə və İranla sərhədləri sayəsində mühüm geosiyasi mövqeyə malik regiondur. 

Zəngəzur marşrutunun reallaşması isə Naxçıvanı Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətlərinin kəsişməsində yerləşən tranzit məkanına çevirə bilər. 2025-ci il Vaşinqton razılaşması və sonrakı TRIPP çərçivəsi də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən fasiləsiz bağlantının yaradılmasını nəzərdə tutur". 

Yusif Bağırzadə vurğulayıb ki, bu dəyişiklik Azərbaycanın geosiyasi çəkisinə də birbaşa təsir göstərəcək: 

"Azərbaycan artıq yalnız Xəzər üzərindən Mərkəzi Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin iştirakçısı deyil, həmin marşrutun Cənubi Qafqazdan Türkiyəyə və daha sonra Avropaya çıxışını genişləndirən əsas logistika mərkəzlərindən birinə çevrilə bilər. 

Təqribi hesablamalara görə, Zəngəzur marşrutu ölkənin illik yükdaşıma potensialını təxminən 15 milyon ton artıra bilər. Horadiz–Ağbənd dəmir yolu və avtomobil yolunun Azərbaycan hissəsində tikinti işlərinin sürətlə aparılması da bu perspektivin yalnız siyasi bəyanat səviyyəsində qalmadığını göstərir". 

Politoloq əlavə edib ki, Naxçıvanın özündə isə nəticələr daha geniş ola bilər: 

"Birbaşa quru bağlantısının yaranması daşınma xərclərini və vaxtını azaltmaqla yanaşı, muxtar respublikaya yeni logistika mərkəzləri, anbar kompleksləri, emal müəssisələri və ixracyönümlü istehsal sahələri cəlb edə bilər. 

Naxçıvan Sənaye Parkının yaradılması da bu baxımdan təsadüfi deyil. Yəni məqsəd yalnız Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirmək deyil, yeni nəqliyyat imkanını real iqtisadi fəaliyyətə çevirməkdir". 

Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanın illik tranzit gəlirini 3 milyard dollara çatdıra bilər: 

"İqtisadi gəlirlərlə gəldikdə isə Zəngəzur dəhlizi vasitəsilə Orta Dəhliz yüklərinin 10–15 faizi daşınarsa, Azərbaycanın illik tranzit gəliri gələcəkdə təxminən 3 milyard dollar ola bilər. 

Əsl iqtisadi effekt isə yalnız tranzit rüsumlarından ibarət olmayacaq. Dəhliz ətrafında logistika, sığorta, gömrük, anbar, servis, nəqliyyat və istehsal xidmətlərinin genişlənməsi əlavə dəyər yaradacaq. 

Bu baxımdan Zəngəzur xəttinin əsas üstünlüyü “keçid haqqı”ndan daha çox tranzit iqtisadiyyatının formalaşdırılmasıdır deyə bilərik. Ümumilikdə, dəhlizin açılması Naxçıvanın strateji əhəmiyyətini ciddi şəkildə artırmaqla yanaşı, Azərbaycanın regional tranzit xəritəsində mövqeyini də möhkəmləndirəcək". 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"

Açar sözlər: Zəngəzur dəhlizi Yusif Bağırzadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Avqust 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri