Icma.az
close
up
RU
“Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıra bilər”

“Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıra bilər”

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

““Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev nəqliyyat bağlantıların əhəmiyyətinə xüsusi diqqət çəkib. Dövlət başçısı bildirib ki, bağlantı istiqamətində hər hansı bir rola malik olmaq üçün  qonşularla ilə yaxşı münasibətlər olmalıdır və bu da baş verdi.

Regional bağlantıların genişləndirilməsində Zəngəzur dəhlizi və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRİPP) yolunun daha qısa zamanda reallaşmasının xüsusi rolu olacaq”.

Gununesi.info xəbər verir ki,  bu fikirləri deputat Vüqar Bayramov deyib:

“Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində avtomobil yolunun 95%-i, dəmir yolunun isə 75%-i artıq inşa edilib. 2 gün öncə Ermənistan parlamenti ABŞ ilə TRİPP layihəsi üzrə Strateji Əməkdaşlıq Çərçivə Sazişini ratifikasiya edib.

Zəngəzur dəhlizinin illik ötürmə qabiliyyətinin 15 milyon ton olacağı nəzərdə tutulur. Dəhlizin açılması nəticəsində ümumi Orta Dəhlizin ötürmə qabiliyyətinin 10–12 milyon ton artacağı gözlənilir. Dəhlizin tam işə düşməsi və Ermənistan ərazisindən keçən 42 kilometrlik hissənin tamamlanması ilə Asiyadan Avropaya yüklərin daşınma müddəti 12–15 günə enəcək.

Azərbaycan Prezidentinin forumda qeyd etdiyi kimi, nəqliyyatda bağlantıların beynəlxalq gündəmdə ən əsas məsələlərdən biri olduğunu nəzərə alsaq ölkəmiz bu məsələdə xüsusi rola malikdir. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir. Yüklərin 10-15 %-nin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3 milyard dollar tranzit gəliri əldə edəcək. Bu həmçinin Azərbaycanın formalaşdırdığı düzənin yaratdığı sülhün iqtisadi dividentləri deməkdir”.

Gununesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Oktyabr 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see383

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see352

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see302

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see278

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see275

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see267

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see257

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see249

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see248

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see234

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see225

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see224

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see221

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see217

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see216

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see212

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see207

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see205

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri