Zəngəzur dəhlizi ilə silah da DAŞINACAQ?
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
“Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” layihəsinin (Zəngəzur dəhlizi – red.) istismarı ilə bağlı bütün fəaliyyətlər qarşılıqlılıq prinsipi çərçivəsində həyata keçiriləcək, o cümlədən bu marşrut vasitəsilə silahların daşınması məsələsi də.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.
“Biz qərara gəlsək ki, silahı Naxçıvandan Meğriyə və əks istiqamətdə daşımaq istəyirik, bu mövzuda danışıqlara başlayacağıq,” – deyə Paşinyan brifinqdə Azərbaycanın Naxçıvana silah və sursat daşıya biləcəyi ilə bağlı suala cavab verərkən bildirib.
“Tramp Marşrutu” layihəsinin istismarı ilə bağlı bütün fəaliyyətlər qarşılıqlı razılıq əsasında həyata keçiriləcək. Əgər bu şərt Ermənistan üçün keçərlidirsə, deməli, Azərbaycan üçün də keçərli olacaq,” – deyə Ermənistan baş naziri vurğulayıb.
Bizim.Media
Baxış sayı:93
Bu xəbər 18 Sentyabr 2025 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















